Türkiyənin güclü geoiqtisadi həmləsi
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
13:54 | 9 sentyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 356 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp İranla bağlı qalıcı razılaşma istədiyini bildirib
Bununla bölgədəki ABŞ hərbçilərinin sayı 40 mini keçdi
İrandakı hava hücumları nefti bahalaşdırdı
İsrail hücum iddialarını təkzib etdi
Hörmüz boğazı böhranı dərinləşir
Hörmüz boğazında gərginlik yeni mərhələyə keçdi
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Avropa indekslər üçüncü gündür enir
Atəşkəsin taleyi müzakirələrdən asılıdır
SEPAH yenə Hörmüzlə təhdid etdi
Venesuela Prezidenti Nikolas Maduro, ABŞ-ın Karib dənizindəki hərbi fəaliyyətinə sərt reaksiya göstərib. Maduro bildirib: “Venesuelanı heç kim aşağılaya bilməz, ABŞ-ın aşağılamasını heç vaxt qəbul etməyəcəyik”.
Paytaxt Karakasda xüsusi bir televiziya kanalına danışan Maduro, Vaşinqtonun Venesuelanı hədəf almasını “narkotiklə mübarizə adı altında aparılan bir kampaniya” kimi qiymətləndirib.
ABŞ-a qarşı çıxan Maduro, “Venesuelanı heç kim aşağılaya bilməz, ABŞ-ın aşağılamasını heç vaxt qəbul etməyəcəyik. Venesueladakı heç bir nəsil imperializm qarşısında diz çökə bilməz. Heç vaxt, nə bu gün, nə də sabah. Narkotik bəhanəsi ilə bizə hücum etməyə çalışırsınız, amma biz bunun fərqindəyik. Əsl məqsədiniz rejimimizi devirmək və zənginliklərimizi ələ keçirməkdir. Buna qarşı həm ordunu, həm də xalqı müdafiəyə hazır vəziyyətə gətiririk”, – deyib.
Maduro ABŞ-ın dünyanın ən böyük narkotik istehlakçısı olduğunu vurğulayıb: “ABŞ bu məsələ ilə həqiqətən maraqlanmır. Vətəndaşlarının yüksək narkotik istehlakından qaynaqlanan ciddi ictimai sağlamlıq problemini həll etmək üçün çox az çalışır”.
Dünya Gömrük Təşkilatının məlumatlarına istinad edən Maduro iddia edib ki, ABŞ-a gedən Kolumbiya mənşəli kokainin 70%-i Ekvador limanlarından çıxır.
Maduro beynəlxalq medianın mövqeyini də tənqid edib: “Xəbərlərə baxıram, Venesuela ilə ABŞ arasında gərginlik olduğu deyilir. Belə bir şey yoxdur, ortada ABŞ-ın Venesuelaya qarşı aqressiv mövqeyi var. Beynəlxalq xəbər agentliklərinin çoxu 'gərginlik artır' yazır və 'Maduro milis qüvvələrini hərəkətə gətirdi' deyir. Biz nə edəcəyik ki?”
ABŞ xalqına da müraciət edən Maduro, “Onlar bizi Cənubi Amerikada rejim dəyişikliyi və Venesuela xalqının neft, qaz və qızıl ehtiyatlarını ələ keçirmək məqsədilə müharibəyə sürükləmək istəyirlər”, – deyib.
“Bənzəri görülməmiş hərbi təhdid”
Digər tərəfdən, Venesuela Müdafiə Naziri Vladimiro Padrino Lopez dövlət televiziyasına açıqlamasında deyib ki, ABŞ-ın Karib dənizindəki bütün hərbi yığımı Venesuelanı hədəf alıb və hadisələri yaxından izləyirlər: “ABŞ Karib dənizində 'bənzəri görülməmiş hərbi təhdid' yaradır. Bolivarcı Milli Silahlı Qüvvələr daxilində bölünmələri və xəyanətləri təşviq etməyə çalışırlar. Ölkəmizdə daxili sabitliyi daha da möhkəmləndirmək lazımdır.”
Karib dənizində gərginlik
ABŞ Prezidenti Donald Tramp daha əvvəl imzaladığı qərarnamə ilə Latın Amerikası köklü narkotik kartellərinə qarşı ordunun daha çox və effektiv istifadə edilməsini tapşırmışdı.
ABŞ bu çərçivədə avqust ayı sonlarında Venesuela sahillərinə “USS Gravely”, “USS Jason Dunham” və “USS Sampson” adlı döyüş gəmilərini göndərmişdi.
Venesuela Dövlət Prezidenti Nikolas Maduro isə ölkədə 4,5 milyon milis qüvvəsini səfərbər etdiyini və “hər hansı hücumu dəf etməyə” hazır olduğunu açıqlamışdı.
ABŞ Müdafiə Naziri Pit Heqset isə ABŞ ordusunun Venesuelada rejim dəyişikliyi əməliyyatına hazır olduğunu bildirmişdi.