vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 15 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SAHİBKARLIQ  
Düyünün qiyməti niyə düşmür? 17:22 | 15 may 2025 | Cümə axşamı Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Düyünün qiyməti niyə düşmür?

1 ton uçun 94 dollar ucuzlaşan ərzaq məhsulu, pərakəndə satışda bahalaşıb

Dünya SAKİT

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya bazarında düyünün qiyməti 2020-ci ilin noyabr ayından bəri ən aşağı səviyyəyə düşüb. Birja məlumatlarından aydın olur ki, hazırda düyü qiymətləri 100 funt üçün 12 dollara yaxınlaşıb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin may hesabatına əsasən 2025-26-cı məhsul ilində ümumi düyü istehsalı Hindistan, Banqladeş və Çindəki artımlar hesabına rekord göstəriciyə – 538,7 milyon tona yüksələcək.

Hindistanda əkin sahələri azalsa da, düyü istehsalının ardıcıl onuncu il üçün rekord həddə çatacağı gözlənilir.

Qlobal düyü istehlakı da əsasən Hindistan, Banqladeş, Filippin və Nigeriyada artan tələbdən irəli gələn rekord 538,8 milyon ton səviyyəsində proqnozlaşdırılır. Daha rəqabətli yem taxıl qiymətləri yem üçün düyü istifadəsini məhdudlaşdırdığından Çində istehlakın az dəyişəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan da düyünün nisbətən çox istehlak olunduğu ölkələr sırasındadır. Bu ilin birinci rübündə ölkəyə xaricdən böyük hissəsi Hindistandan olmaqla, 17 milyon dollar dəyərində 17,6 min ton düyü idxal olunub. Bir tonun idxal qiyməti 963,2 dollar təşkil edib. Ötən ilin eyni dövründə 1 ton düyünün idxalına 1057,1 dollar xərc çəkilmişdi. Dünya bazarındakı və idxal dəyərindəki ucuzlaşmaya baxmayaraq, Azərbaycan bazarında bu məhsulun qiyməti düşməyib.