Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:17 | 22 may 2026 | Cümə
Məqaləyə 146 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya ilə Ermənistan arasında iqtisadi gərginlik daha da dərinləşir. Çiçək məhsullarından sonra indi də Ermənistanın ən tanınmış ixrac brendlərindən biri olan “Cermuk” mineral suyunun Rusiyaya idxalı dayandırılıb.
VAXT.AZ “Rambler.ru”ya istinadən xəbər verir ki, “Rospotrebnadzor” bu gündən (22 mayın) etibarən Ermənistanda istehsal olunan “Cermuk” mineral suyunun bütün partiyalarının Rusiyaya idxalını və ölkə daxilində dövriyyəsini müvəqqəti dayandırdığını açıqlayıb.
Qurumun məlumatına görə, laborator yoxlamalar zamanı məhsulda hidrokarbonat-ion, xlorid, sulfat miqdarının normadan artıq olduğu müəyyən edilib.
“Rospotrebnadzor” bildirib ki, məhsulun müalicəvi xüsusiyyətləri ilə bağlı istehlakçıların yanlış məlumatlandırılması sağlamlıq riskləri yarada və effektsiz müalicəyə səbəb ola bilər.
Bu qərar son günlər Moskvanın Ermənistan məhsullarına qarşı tətbiq etdiyi məhdudiyyətlərin davamı kimi qiymətləndirilir.
Bu gün “Rosselxoznadzor” Ermənistandan çiçək idxalına da qadağa qoydu. Qurum rəhbəri Sergey Dankvert açıqladı ki, problemlər yalnız çiçəklərlə məhdudlaşmır və meyvə-tərəvəz məhsulları ilə bağlı da narahatlıqlar yaranıb.
İndi isə Ermənistanın beynəlxalq bazarda ən tanınmış məhsullarından biri hədəfə çevrilib.
“Cermuk” postsovet məkanında ən məşhur erməni mineral su markalarından biri hesab olunur.
Məhsul xüsusilə Rusiya, Belarus, Qazaxıstan, MDB bazarında uzun illərdir geniş satılır.
“Cermuk Group” şirkətinin məhsulları Ermənistanın əsas ixrac olunan qida və içki markalarından biridir. Bu səbəbdən qadağa yalnız sanitar məsələ deyil, eyni zamanda iqtisadi və siyasi siqnal kimi də qiymətləndirilir.
Son aylarda Ermənistan məhsulları ilə bağlı Rusiyada paralel şəkildə bir neçə problem yaranıb – çiçək idxalına qadağa, meyvə və tərəvəzlə bağlı yoxlamalar, erməni konyakı ətrafında lisenziya problemləri, məhsulların “Wildberries” və “Ozon” platformalarından çıxarılması azmış kimi, mineral su idxalının dayandırılması baş verdi.
Bu addımlar fonunda Ermənistanda Moskvanın iqtisadi rıçaqları işə saldığı barədə fikirlər güclənir. Məhdudiyyətlər Ermənistanın Avropa Birliyi ilə yaxınlaşması və ölkədə parlament seçkiləri öncəsi tətbiq olunur.
Rusiya rəsmiləri son aylarda dəfələrlə bəyan ediblər ki, Ermənistan eyni vaxtda həm Avropa Birliyi, həm də Avrasiya İqtisadi Birliyində qala bilməz.
Bəzi erməni və Qərb nəşrləri hesab edir ki, Kreml İrəvanın Qərbə inteqrasiya kursuna qarşı iqtisadi təzyiq siyasətini mərhələli şəkildə gücləndirir.
Moskva isə bütün qərarların yalnız texniki, sanitar və təhlükəsizlik standartları ilə bağlı olduğunu bildirir.