
Urmiya gölü çölə çevrilərsə
Türk dünyasının bağrına sancılan duz xəncəri
Türk dünyasının bağrına sancılan duz xəncəri
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
... Yaxud Orta keçid körpüsünün acı tarixi
İsrailin əsas hədəfi nüvə obyektlərini yox etməkdir. Artıq sonra nə qurulacaq, çox düşünmür. Kürdlərlə arası yaxşıdır. Qırıcılar da elə Suriya, İraq, İran kürd xətti ilə gedir gəlir. Ümumiyyətlə, kürd qüvvələri ilə əməkdaşlıq sərfəlidir. Bərzani və Talabani kimi bir neçə əşirət lideri ilə razılığa gəlmək, bütün dünya kürdləri ilə anlaşmaq deməkdir.
Dünya İranın zəiflədiyini bilirdi, amma bu qədər çarəsiz durumda olduğunu gözləmirdi. İndi isə aydın olur ki, İranın ciddi bir müqavimət imkanları yoxdur. Belə şəraitdə “molla rejimi”ndən birdəfəlik xilas olmaq planı aktuallaşıb.
Gözlər şahın oğlu Rza Pəhləviyə yönəlib. O, İran diasporunda və müəyyən elita dairələrində hörmətə malikdir. Xomeyninin idarəçiliyi İranı elə bir vəziyyətə gətirib ki, ölkə daxilində də şah dövrünə simpatiya duyan geniş kütlə formalaşıb. Amma Pəhləvi İrandan cəmi 18 yaşında çıxıb, həyatının böyük hissəsini ABŞ-da keçirib və bu gün 64 yaşındadır. İranı biz nə qədər tanıyırıqsa, o da o qədər tanıyır.
Bu səbəbdən, əgər rejim dəyişikliyi baş verərsə, ilk mərhələdə keçid hökuməti qurulacaq. Bu hökumətə rəhbərlik üçün ən real namizəd hazırkı prezident Məsud Pezeşkiandır. O, həkimdir, indiyədək heç bir rejim cinayətində iştirak etməyib, liberal dairələrdə hörməti var. Dövlət aparatını və idarəetməni yaxşı tanıyır. Savaş başlayandan bəri ritorikasında nifrət, təhqir və ekstremizm çağırışlarından uzaq durur ki, bu da onun prosesdən xəbərdar olduğunu göstərir.
Rza Pəhləvi planının real olmadığı qənaətindəyəm, çünki o, İranı yetərincə tanımır. SSRİ dağılandan sonra Gürcüstan, Orta Asiya ölkələri, Ukrayna, Rusiya, Azərbaycan və Belarusda sistemin içində olan, Leninə baba deyən şəxslər önə çıxdı. İranda da eyni model təkrarlanacaq.
Keçid hökumətinin nə formada olacağı gələcəkdə məlum olacaq. Amma İranı bütöv saxlamaq çətin olacaq. Söhbət yalnız Azərbaycan türklərindən getmir. Lurlar, kürdlər, türklər, qaşqaylar, bəlluclar, farslar, giləklər hamı bir-birinə nifrət bəsləyir. Rejim xalqın birliyini pozmaq üçün uzun illər bu parçalanmanı bilərəkdən dərinləşdirib, süni torpaq və su mübahisələri yaradıb, milli kimlikləri qarışdırıb. Bu siyasət ölkədaxili etimadı sarsıdıb və parçalanmanı dərinləşdirib.
Xalqı dünənə qədər bir yerdə saxlayan şəriət və sərt diktatura idi. Ölkədə din qalmayıb, şəriət sistemi çökür. Keçid hökumət, Pəhləvi ya başqası, kimi tapsalar bundan o tərəfə diktatura qurmaq gücündə deyil.