
Güney Azərbaycan – türkün savaş meydanı
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Güney Azərbaycandan İranın cənubuna endikcə torpaq səhralaşır və çöllük, daşlıq, susuz ərazilərə düşürsən.
Güney Azərbaycandan cənuba getdikcə zəhmətkeşlik də azalır, onun yerini narkomaniya, fahişəlik, terrorizm, oğurluq, qaçaqmalçılıq kimi cinayətlər alır.
Hazırda Güney Azərbaycan, faktiki olaraq, 90 milyonluq ölkənin kənd təsərrüfatı və ərzaqla təmin edir. Üstəlik, Suriyanı 31 faiz, İraqı 35 faiz, Əfqanıstanı 37 faiz qida ilə təmin edir. Bundan əlavə, Güney Azərbaycan malları Tacikistan, Ermənistan, Azərbaycan, Türkiyə və bəzi Avropa ölkələrinin da ərzaq ehtiyacını 5–7 faiz arası qarşılayır.
Buğda, arpa, kartof, üzüm, fındıq, süd məhsulları, toyuq, ərik, alma kimi məhsullardan tutmuş şokolad və qənnadı məmulatları, maşınqayırma, xalçaçılıq, ayaqqabı və dəri məhsulları, tikinti materialları və məişət texnikasına qədər geniş istehsalat sahəsi mövcuddur.
Bu gün açıqlanan rəsmi məlumata görə, Güney Azərbaycanın təkcə Süngün mis mədənində 5 milyard ton mis ehtiyatı var. Bu, həqiqətən dəhşətli bir rəqəmdir. Neft, qaz kimi bir çox resursun dövranı keçə bilər, amma mis daim strateji və qiymətli metal olaraq qalacaq. Bundan başqa, bölgə yüzlərlə qızıl, gümüş, qurğuşun, sink, mərmər, duz, kaolin kimi zəngin yataqlarla doludur.
İran isə bu zəngin yataqların çoxunu özünü dolandırmaq yox, ideologiyasını qorumaq naminə qəpik-quruşa Rusiya və Çinə satıb. Əldə edilən gəlirlər isə Afrika, Avropa və Ərəb ölkələrində yetişdirdiyi terrorçu qüvvələrinə axıdılır.
Güney Azərbaycan azad olarsa, yalnız təbii sərvətləri ilə yox, daha önəmli bir üstünlüyü ilə parlayacaq: Avropa, Amerika, Avstraliya kimi ölkələrdə yetişmiş çoxsaylı savadlı güneyli mühacir kadrlar var.
Dünyanın hansı küncünə getsən, media, hüquq, insan haqları, elm və mədəniyyət sahəsində çalışıb, özünü təkmilləşdirən bir güneyli ilə rastlaşacaqsan ki, hər birinin arzusu azad Azərbaycana dönməkdir.