Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
07:44 | 10 mart 2025 | Bazar ertəsi
Məqaləyə 448 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Bir ailə düşünün 1000 maaşı, 1500 xərci var. Ailə dağılıb, parçalanmaması üçün 3 addım atmalıdır.
1. Borca girir.
2. Xərcini azaldır.
3. Gəlirini artırır.
ABŞ belə bir ailədir. Qazancından artıq alıb hər il sürətlə borclanır. İşi düzəlmək üçün də nə gəlirini artırır, nə xərclərini azaldır. Rəqəmlər də fantastikdir. Misal Kanada ilə ticarətdə 73 milyard kəsiri var. Yəni Kanada nə alıbsa qarşılığında Amerikaya 73 milyard daha çox mal satıb. Beləliklə:
Meksika ilə kəsiri – 161 milyard
Avropa ilə kəsiri – 201 milyard
Çin ilə kəsiri – 279 milyard
Soruşacaqsız, Meksika kimdir ki, Amerikaya bu qədər mal satsın? Heç kim, sadəcə Avropa, Çin şirkətləri gəlib Meksikada böyük fabriklər açıb, ucuz qüvvə ilə istehsal etdiklərini sərhəddən keçirib Amerikaya satırlar.
İndi Amerikanın 8-9 trilyon borcu var. Hər il Yaponiya, Çin, Britaniya kimi ölkələrə 500 milyard dollar ətrafında faiz ödəyir. Ölkə əjdahadır amma 1 anda müflis ola bilər. Bu üzdən başı işləyənlər, dövləti düşünənlər yenidən Trampı hakimiyyətə gətirdilər ki, iqtisadiyyatı milliləşdirsin.
O da yuxarıda yazdığım addımları atır. Pentaqondan, ordudan tutmuş xarici ölkələrə, azlıqlara, təşkilatlara ayrılan yardımlara qədər doğrayıb. Ukraynaya deyir ki, əvvəlki gücdə deyiləm, səndə də çıxarda bilməyəcəyin mədən var, onu ver işlədək gəliri yarı bölək. Avropaya deyir ki, bu günə qədər mən qorumuşam amma müflisliyə gedirəm, bir müddət NATO-nu özünüz daşıyın. Əlinizi cibinizə salıb orduya xərc çəkin və s.
Gəliri artırmaq üçün isə rüsumlara əl atır ki, şirkətlər zavodlarını Meksikadan, Çindən köçürdüb ABŞ-da açsınlar. QHT pullarını kəsir, miqrantları qovur ki, amerikalılar dini, siyasi, irqi azlıqlar adı altında qrant hesabına yaşamasınlar. Məcbur qalıb əvvəlki kimi tər tökən, iş sevən millətə dönsünlər.
Baxıram kimsə deyir, Tramp batırır ölkəni, Tramp məhv edir ölkəni. Amerika o ölkələrdən deyil ki, bir adam idarə edib məhv eləsin. Amerika artıq məhvə doğru gedir, düzəltsə Tramp düzəldəcək.
O üzdən ölkə milyarderləri də dalında durub, iqtisadiyyata maya buraxır. Misal “Apple” elan elədi ki, 500 milyardlıq zavodlar açacaq. TSMC 100 milyarda 3 zavodun tikintisinə başlayıb. Səudiyənin də boynuna 500 milyard qoyublar və sairə.