İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
22:06 | 15 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 961 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
“İranın 3000 illik dövlət ənənəsi var, heç zaman parçalanmaz”. İran trollarının ən sevimli cümləsidir, hər yerə yazırlar. Əgər bu 2575 il əvvəl yaranan Əhəmənilər sülaləsindən götürülürsə, onda qeyd etmək lazımdır ki, Əhmənilər Misirdən Azərbaycana qədər böyük imperiya idarə edirdi, onun mərkəzi isə indiki İraqın paytaxtı Bağdaddan 90 km cənubundakı Babil şəhəri idi.
Daha sonra Makedoniyalı İsgəndər Babili işğal edib yandırdı, Əhmənilər sülaləsini sona çatdırdı və dövlət parçalandı. Yerinə 100 il davam edən Yunan-Makedon dövləti quruldu. Beləliklə, iddia edilən dövlətçilik ənənəsi bitdi.
Sonradan Parfiya və Sasani imperiyaları yarandı, lakin onların da Xilafət tərəfindən işğal edilməsi ilə 250 illik ərəb idarəsi başladı. Ərəblərdən sonra Türk, Monqol və yenidən Türk hakimiyyətləri 1000 il idarə ilə gəldi. 1925-ci ildə isə Pəhləvi hakimiyyəti quruldu və İran fars idarəsinə keçdi.
Adı çəkilən dövlətlərin sülalələri, dilləri, dinləri, idarəçilik sistemləri və mərkəzləri fərqli olub. Pəhləvi sülaləsi əvvəlkilərin davamçısı olmadı, yeni sistem qurdu. Bəs necə ola bilər ki, bu ölkənin 3000 illik fasiləsiz dövlətçilik ənənəsi olsun?
Əslində, torpağında qədim dövlət izi olan demək olar ki, dünyanın hər yerində belə nümunələr var: Əfqanıstan onda desin ki, 4000 illik dövlətçilik ənənəsinə sahibəm, Meksika 6000 il, Peru isə 7000 il. Elə hər kəs, torpağından çıxan qədim dövləti əsas götürüb yaşını artırsın. Dünyada tarixi dövlət qurulmayan ərazi demək olar ki, yoxdur.
Dünyada eyni sülalənin, monarxiya adının dəyişmədən, dövlətin fasiləsiz qaldığı tək ölkə Yaponiyadır (1800 il). Sonra 1000 yaşı ilə Danimarka, İsveç, Britaniya, Tailand gəlir.