Hazırlıqlar tamamlanıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
08:01 | 5 may 2025 | Bazar ertəsi
Məqaləyə 329 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Keçən dəfə yazmışdım ki, coğrafiya millətlərin formalaşmasında əsas amillərdən biridir. Türklərdə qadın azadlığının səbəbini də izah etmişdim ki, köçəri Türk kişisinə əzik yox özü kimi güclü qadın lazım idi.
Musiqi mədəniyyətində də eyni məntiq keçərlidir. Türklərin ana çalğı aləti qopuz və ya indiki saz olub. Səbəb yenə coğrafiyadır. Saz yüngül, daşınması asan, solo ifa üçün idealdır. Köçəri türk at belində sazını çala-çala rahat irəliləyə bilirdi. Şaman ayinlərinə qoşulurdu. Döyüş vaxtı həm ifa edir, həm oxuyub yoldaşlarını ruhlandırırdı.
Kamança, tar isə şəhər və saray mədəniyyətinə uyğun alətdir. Onu çalmaq üçün oturmaq, səbrlə sazlamaq və çubuqla simləri idarə etmək lazımdır. Eləcə də zərb alətləri, orkestr alətləri bunlar şəhərlinin məhsuludur. Saz isə belinə bağladın, kefin istəyəndə çıxardıb ifaya başlaya biləcəyin alətdir.
Ən önəmlisi, saz və qopuz təkcə musiqi üçün deyildi onlar söz sənətinin, dastanların, döyüş ruhunun aləti idi. Həyatı ölüm qalım mübarizəsi ilə keçən Türkə ruhlandırıcı musiqi lazım idi.
Aşıq sənəti Azərbaycanda tənəzzül dövrünü yaşayır. Bu gedişlə yaxın illərdə bu sənəti itirəcəyik. Saz Türkiyə və Qazaxıstan isə inkişaf dövrünü yaşayır. Bu türk dövlətlərində 10 nəfərdən biri qopuzu ifa edə bilir.
Səbəb sadədir, onlar bu sənəti zamana uyğunlaşdırıb çağdaşlaşdıra bildilər, biz isə yox. Bizim aşıqlar hələ də sovet sisteminin qəlibindədir, o vaxt onlara icazə verilən çərçivədən bu gün belə çıxa bilmirlər. Hələ də qadın, ceyran, göz yaşı mövzusundan uzağa getmirlər. Sovetin onlara geyindirdiyi Stalin şalvarını, “sapoq”unu belə çıxarmayıblar.