Trampdan gözlənilməz qərar
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
09:46 | 26 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 288 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
İsveçin NATO üzvlük prosesi zamanı ciddi bir təhlükəsizlik skandalı ortaya çıxıb. İsveç mətbuatı “Dagens Nyheter” (DN) xəbər verir ki, 2022-ci ilin noyabr ayında Baş nazir Ulf Kristerssonun Ankara səfərinin ardından hökumətə aid gizli sənədlər “Stockholm Arlanda” hava limanı tualetində unudulub.
Sənəd, Kristerssonun Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə görüşü sonrası hazırlanmış baş nazirlik faylının bir nüsxəsi idi və NATO müzakirələrinə dair həssas məlumatlar ehtiva edirdi. Bir təmizlik işçisi tərəfindən tapılan sənəd bir müddət üçün səlahiyyətli olmayan şəxslərin əlində oldu. Sənədin nə qədər müddət orada qaldığı məlum deyil.
Baş nazirlik olayı təsdiqləyib. Təhlükəsizlik İdarəsinin rəhbəri Fredrik Agemark bildirib ki, aparılan yoxlama nəticəsində sənəddə “təhlükəsizlik sinfinə aid məlumatlar” olmadığı müəyyən edilib. Bu səbəbdən rəsmi zərər qiymətləndirməsi aparılmayıb. Lakin İsveç mediası bəzi məlumatların gizli olduğunu və həssas xarakter daşıdığını vurğulayıb.
Sənəd, xaricə səfərlərdə nazir və baş nazir üçün hazırlanmış məlumat qovluqlarından biri olub. Bu qovluqlarda adətən arxa plan qeydləri və danışıq başlıqları yer alır. Unudulmuş qovluq, Kristerssonun əsas faylının nüsxəsi olub.
Müxalifətin reaksiyası
Sol Partiya (Vänsterpartiet) hadisəni qəbuledilməz hesab edərək Baş nazir Kristerssonu Konstitusiya Komitəsinə şikayət edib. Partiyanın xarici siyasət üzrə sözçüsü Hakan Svennelinq İsveç Radiosuna, “Bu hadisəni çox ciddi hesab edirəm. Xüsusilə də hökumətin əvvəllər gizli sənədlərlə bağlı problemlər yaşadığı nəzərə alınarsa, bu, böyük təhlükəsizlik məsələsinə işarə edir”, – deyib.
Hadisə İsveçin NATO-ya üzvlük prosesinin ən kritik dövründə meydana gəlib. Stokholm hökuməti Türkiyənin razılığını almaq üçün intensiv diplomatik təmaslarda olduğu bir vaxtda, belə bir təhlükəsizlik skandalının ortaya çıxması prosesin həssaslığını daha da artırıb.