
Kiberməkanda qarşıdurma
Atəşkəsdən sonra İran–İsrail savaşında yeni cəbhə – Kibermüharibə
Atəşkəsdən sonra İran–İsrail savaşında yeni cəbhə – Kibermüharibə
İranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürüldüyü “MOSSAD” əməliyyatı ilə bağlı yeni detallar
Hansı ölkənin əhalisi ABŞ, Çin və Rusiyanı müttəfiq və təhlükə hesab edir
Trampın Liberiya prezidentinə dediyi söz qalmaqal yaratdı
Kalininqrad üzərindəki casus təyyarə Böyük Britaniyaya geri döndü
Brüssel Trampın təhdid etdiyi 50 əvəzinə 10 faizlik tariflə qarşılaşa bilər
Pentaqonun Ukraynaya silah tədarükünü dayandırması Trampı təəccübləndirib
Fransa kəşfiyyatı: “Nüvə potensialının tam xəritələndirilməsi bu mərhələdə mümkün deyil”
“Hizbullah” rəsmisi: “ABŞ-ın birbaşa müdaxiləsi əsas hədəflərə çatmağa imkan verməzdi”
“Silah istehsalı Amerika xalqının vergiləri ilə maliyyələşdirilir”
“E-6B Mercury” Atlantik okeanı üzərindən uçurmuş
“Son bir məsələ qalır”
Uşaq düşərgəsi seldən iki gün əvvəl tam hesabat alıb
Maskın prioriteti “Epstein faylları”nı üzə çıxarmaqdır
“Dolları bitirməyə çalışırlar”
Tramp avqustun 1-dən etibarən tətbiq olunacaq tariflərlə bağlı danışıb
Mürəkkəb sistemlər bizə heç də dost olmayan ölkələrdə yaradılır. Yaxşı olardı ki, bizdə yaradılsaydı. Lakin bu sistemlərin özünün bunda heç bir günahı yoxdur. Kim bu sahəyə fikir verir, elmi potensial yaradır, və ya cəlb edir, yatırım qoyur, bəhrəsini götürür.
ABŞ-ın İsrailin hava sərhədlərini qorumaq üçün gətirdiyi THAAD (Terminal High Altitude Area Defense) sistemlərinin qeyri-effektivliyi ilə bağlı fikirlər səsləndirilir. Deyilir ki, bu sistemlər İsraili qoruya bilmədi. Qorusa da, qiyməti çox fantastik oldu və s.. Sahə üzrə mütəxəssislərə aydındır ki, bunlar narrativ fikirlərdir, məqsədyönlü şəkildə yayılır və bir çox savadlı, məntiqli insanlar da bunların təsiri altına düşür. Əlbəttə, bu gözləniləndir. Sahə həm texnoloji, həm də elmi-texniki araşdırmalar cəhətdən dünyada ən mürəkkəb istehsal sahəsidir. Məsələni aydınlaşdırmaq heç də asan deyil.
Bu sistemlər haradasa, 2007-2008-ci illərdən maraq dairəsindədir. Hələ o zaman sistem layihə vəziyyətində idi və çox az məlumatlar sızırdı. Sonradan informasiya çoxaldı, amma məsələnin qiyməti barəsində bir müəyyənlik ortaya çıxmadı.
Bu illər ərzində biri sistemin bir batareyasının qiymətinin 3 milyard, digəri raketin 25 milyon dollar olmasından yazdı.
Amma real alıcıların hesabatlarından görürük ki, BƏƏ, Yaponiya və Səudiyyə Ərəbistanı ilə kontraktlarda qiymət 1,8 milyard çıxır. Yəni bu sistemi işə salmaq üçün, onun batareyasına aid olmayan və rabitə infrastrukturu, müəyyən əlavə kəşfiyyat xidmətləri də lazımdır. Çünki onlarsız bu sistem işləyə bilməz. Zabitlərin hazırlıq proqramı da daxil olmaqla, bu qiymətlər bütün kontrakta aiddir. Əgər səhv etmirəmsə, Türkiyə bir “S-400” sisteminə 1,5 milyard ödədi. Bu isə “S-400”lə yox, “S-500” (əslində o da sovet quru qoşunları üçün düzəldilmiş daha çoxfunksiyalı tırtıllı, artıq mənəvi cəhətdən köhnəlmiş “B-300” sisteminin “kosmetik” modifikasiyasıdır) müəyyən qədər müqayisə oluna bilən sistemdir. 3 milyard yalnız Rusiya mənbələrindədir. Ümumiyyətlə, Pentaqon mənbələrində raketlərin qiyməti elmi-texniki yatırım və müəssisələrin qurulması qiyməti ilə birlikdə hesablanıb. Mürəkkəb radiotexniki sistemlərdə elmi-texniki və istehsal yatırımı həmişə belə olur. Lakin sonra istehsal gücünə düşdükdə, qiymətlər bəzən 10 dəfə aşağı düşür. Əslində bu xərcləri ilk alanların belinə yükləyirlər. Özləri üçün dəfələrlə ucuz olacaq. Mənbələrdə istehza ilə qarşılanan bir ildə 70-80 raket istehsalı – “qaraj” istehsalıdır. Konveyerdə bu qədər raket bir həftəyə istehsal oluna bilər. Məsələ burasındadır ki, belə istehsal zamanı hökmən konveyer qurmalısan. Çünki konveyer (zavod) dəqiqliyi, kimya sahəsindən fərqli olaraq, laboratoriya (sex) istehsalından qat-qat yüksək olacaq. Əslində bütün gördüyümüz istinadları hərbi kəşfiyyatın dezinformasiya idarəsi yaradır. Məqsədlərini bu sahənin mütəxəssisləri bilər. Biz isə yalnız anlamağa çalışa bilərik. Ya da onu olduğu kimi qəbul edirik. Sahə üzrə mütəxəssisləri belə istinadlara yalnız gülümsəyə bilər.
Rastlaşdığım qiymət yenə də silah üçün ucuz deyil. Bir batareyanın (sovet start strukturunda və onun sələfləri olan bizlərdə – divizion) qiyməti təxminən 1,5 milyard dollardır. Raketlərinin qiyməti isə 4-6 milyon dollardır. Nəzərə alsaq ki, sistemin məqsədi nüvə başlıqlı raketləri ionosferin yuxarı qatlarında (150-200 km hündürlükdə) vurmaqdır, yəni nüvə və radioaktiv materiallar yer səthinə çatmayacaq, bu elə də baha deyil. Sadəcə, raket hücumundan müdafiə sistemləri (komponentləri) təyyarə hücumundan müdafiə sistemlərindən fərqlənir (bir sistemdə hər iki komponent ola bilər). Raketlər ən sürətli təyyarədən təxminən 20 dəfə iti uçur. Buna görə atəş nöqtəsi ilə hədəf bir-birindən 3-4 min km dən uzaqlıqda olmalıdır ki, kəşfiyyat sistemləri raket buraxılışını müəyyən edib, raketi əvvəlcədən hesablanıb müəyyən edilmiş rayona göndərsinlər. Bu “əvvəlcədən” sözü gurultulu səslənir. Söhbət 10-12 saniyə civarından gedir. Ya da belə imkan yoxdursa, müdafiə rayonunda bu sistemlərdən daha sıx (təxminən hər 100 kilometrdə bir sistem – diviziya) yerləşdirmək lazımdır. Əgər cəbhənin operativ dərinliyi 100 kilometrdən artıq zolaq təşkil edirsə, arxaya bir sistem də əlavə olunmalıdır. Çünki raketlər təyyarə kimi uçmur, kosmosdan şaquli bucaq altında şığıyır. ABŞ müharibə teatrı üçün bu şərtlər kritik deyil. Çünki onun potensial rəqibləri Rusiya və Çin təxminən 7-11 min kilometr məsafədə yerləşib. Onların Qitələrarası ballistik raketlərinin uçuş zamanı 26-28 dəqiqə təşkil edir. ABŞ kəşfiyyat 60 ildə onların yerüstü raket mövqelərini bu əzbər bilir. Peykləri də daimi rayon üzərindən asılı qalıb, rabitələrinin də keyfiyyətinə söz ola bilməz. THAAD sistemi raket hücumundan müdafiə sisteminin yalnız üçüncü eşelonunu təşkil edir. Birinci eşelonda yerləşən tutucu raketlər elə qitələr arası ballistik raketlər ölçüsündədir və düşmən raketlərini 3500-4000 km məsafədə qarşılamaqdan ötrü nəzərdə tutulub. İkinci eşelon Hərbi Dəniz Qüvvələri (HDQ) gəmilərində yerləşdirilən “SM-3M” sistemləridir. 2000-cı illərdən “SNV-2” müqaviləsi pozulandan sonra quruda da yerləşdirməyə başlayıblar. Ən böyük çətinlik sualtı qayıqlardakı nüvə potensialı ilə mübarizə idi. Amma bu sistem, yəni sonuncudan əvvəlki 3-cü eşelon onlar üçün deyil. ABŞ-ın aviadaşıyıcı donanması ilkin konsepsiyasında hansısa Zimbabveyə hücum üçün qurulmayıb. Amma o işə də yararlıdır. Onların rolu sovet nüvə qayıqlarını saniyəbəsaniyə izləyərək hər an məhv etməyə hazır olan eskadra minadaşıyanları və yüngül kreyserləri müşayiət etmək olub. Əslində çoxu elə bilir ki, o gəmilər həmişə aviasiya daşıyanları qorumaq üçün onun ətrafındadır. Bu taktiki və operativ məqsədəuyğunluğa görə belədir. Amma dəniz döyüşü strategiyasına görə, əksinə. Aviadaşıyıcılar eskadra minadaşıyıcılarını, yüngül kreyserləri və “qırıcı” sualtı qayıqları döyüş təminatı ilə (yanacaq, HHM, kəşfiyyat, istirahət, quru ilə hava əlaqəsi) təmin edir ki, onlar sualtı qayıqlara, və strateji bombardmançılara qarşı daha dayanaqlı sədd qura bilsinlər.