Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
13:51 | 21 avqust 2025 | Cümə axşamı
Məqaləyə 616 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Türkiyə liman rəsmilərinin gəmi agentliklərindən qeyri-rəsmi şəkildə İsraillə əlaqəsinin olmadığını və hərbi və ya təhlükəli yük daşımadığını təsdiq edən məktublar tələb etməyə başladığı iddia olunur. İddialara görə, İsraillə bağlılığı təsbit edilən gəmilərin Türkiyədəki limanlara yanaşmasına və ya konteyner transferi etməsinə icazə verilməyəcək.
“Reuters”ə danışan mənbələrə görə, liman başqanlıqları agentliklərdən bu barədə yazılı zəmanət təqdim olunması üçün şifahi göstəriş verib. Amma məsələ ilə bağlı rəsmi bir qərar dərc edilməyib. Mənbələrdən biri, bu tələbin yalnız müəyyən bölgələrlə məhdudlaşmadığını, ölkə üzrə bütün limanlarda tətbiq olunduğunu bildirib.
Başqa bir mənbənin sözlərinə görə, tələb olunan zəmanət məktubunda gəmi sahibləri, operatorları və idarəçilərinin İsraillə hər hansı bir əlaqəsinin olmadığı açıq şəkildə bəyan edilməli, həmçinin gəmilərdə İsrailə göndərilmək üçün partlayıcı, radioaktiv maddə və ya hərbi avadanlıq kimi yüklərin daşınmadığı qeyd olunmalıdır.
Məsələ ilə bağlı “Reuters”in suallarına Türkiyə Nəqliyyat Nazirliyi hələ cavab verməyib. Rəsmi açıqlamanın olmaması, tətbiqin nə qədər davam edəcəyi və hansı gəmiləri əhatə edəcəyi ilə bağlı qeyri-müəyyənlik yaradır.
Xatırladaq ki, Türkiyə ötən il Qəzzaya hücumların ardından İsraillə illik 7 milyard dollarlıq ticarəti dayandırdığını açıqlamışdı. Lakin ictimaiyyətdə İsraillə ticarətin dolayı yollarla davam etdiyi barədə müzakirələr gedirdi. Xüsusilə İsraillə ticarətin kəsilməsindən sonra Fələstinlə ticarət dövriyyəsindəki kəskin artım bu iddialara əsas kimi göstərilmişdi.
Son hadisələr, Türkiyənin İsraillə ticarət və logistika münasibətlərində yeni mərhələyə keçdiyi şərhlərinə yol açarkən, rəsmi orqanların məsələ ilə bağlı açıqlaması səbirsizliklə gözlənilir.