vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
DÜNYA  
Klintonun peşmanlığı 10:22 | 19 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 112 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Klintonun peşmanlığı

Avropa liderlərinin mövqeyi Trampı təzyiq altında saxlayır

Elman SADIQOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Əslində bu günlərdə, o cümlədən Vaşinqtonda Tramp-Zelenski-Starmer-Von Der Leyen-Mark Rutte-Makron zirvəsində təkcə Ukrayna və Rusiyanın deyil, bir sıra MDB ölkələrinin, Avropanın və o cümlədən İran, Suriya və bir çox Yaxın Şərq ölkələrinin taleyi həll olunur. Çinə qarşı bundan sonra sərgilənəcək siyasətin konturları müəyyən olunub. Yəni, bütün bunlar Rusiya-Ukrayna müharibəsinin necə sonuclanacağı ilə sıx bağlıdır.

Yeni variant, təklif nədir? Krım və Donbasın hamısı – Rusiyanın işğal etdiyi digər 4 vilayət qarşılığında Ukraynaya 5-ci maddə zəmanəti. 5-ci maddə isə NATO ölkələrinin Sazişində əks olunub. Bir NATO ölkəsinə hücum olarsa digər NATO ölkələri həmin ölkəni qorumalıdır. Ukrayna NATO ölkəsi olmasa da (əslində NATO-ya bu maddəyə görə daxil olmaq istəyirdi) bu maddənin qoruması altında daxil olur.

ABŞ və Rusiya bu şərti müzakirəyə verməklə incə addım atıb. Həm vaxt qazanırlar, həm də qəbul olunarsa, Rusiya müharibədən öz xalqı qarşısında “üzüağ” çıxır. Yəni, əsas sənaye müəssisələrinin yerləşdiyi 5 vilayəti + Krımı almaqla, Qara Dənizə Ukraynanın yolunu məhdudlaşdırmaqla istəyimizə nail olduq!

5-ci maddə ilk baxışda cəlbedici görünə bilər. Lakin, Rusiya Ukraynanın digər ərazilərinə də təcavüz etsə, Ukraynada hakimiyyət dəyişikliyinə çalışsa, ABŞ doğrudanmı 5-ci maddənin şərtlərinə əsasən Rusiya ilə müharibəyə girəcək? Xeyr.

Gələcəkdə yarana biləcək oxşar məsələ ilə bağlı Bill Klintionun müsahibəsi yayılıb. İnsanın həqiqətən əzab keçdiyi danışığından görünür. Deyir ki, 1994-cü ildə, mənim prezidentliyim dövründə Ukraynaya nüvə silahından imtina etmək qarşılığında təhlükəsizlik zəmanəti verdik. Mən o zaman Yeltsinin verdiyi bu zəmanətin Rusiya tərəfindən gələcəkdə nə vaxtsa kobud şəkildə pozulacağını düşünməmişdim. Biz isə, ABŞ və Avropa o zəmanətin şərtlərini tam yerinə yetirə bilməsək də, Ukraynanı sonadək qorumalıyıq. Mən o zaman imzalanan bu razılaşmaya görə çox peşmanam deyir.

Digər bir məsələ. Əslində Trampın atəşkəs deyil, birdəfəlik sülh sazişi daha yaxşıdır fikri Putinə məxsus fikir və istəkdir. Putin deyir ki, birdəfəlik sülh sazişi imzalanmalı, torpaqlar mənə verilməlidir. Atəşkəs, münaqişənin dondurulması mənim mənafeyimə uyğun deyil. Çünki, bir neçə il sonra həmin torpaqlar yenidən müxtəlif vasitələrlə Ukraynaya qaytarılacaq. Bu gün həmin torpaqların Rusiyanın ərazisi kimi tanınması əsas şərtdir. Zelenski isə deyir ki, torpaq mübadiləsi və ya verilməsi xalqın referendumdakı qərarı ilə həll oluna bilər. Mənim belə bir imza atmağa səlahiyyətim yoxdur.

Fevral ayındakı insidentin təkrarlanmaması üçün Britaniya Baş naziri, NATO Baş Katibi, Avropa Komissiyası Prezidenti, Fransa prezidenti Tramp-Zelenski görüşündə iştirak ediblər. Ən son məlumatlara görə isə İtaliyanın Baş naziri Meloni də bu görüşdə iştirak edib. Əslində Tramp özü də hansı çətin vəziyyətə düşdüyünü bilir. Rusiya da müxtəlif variantlarla vaxt uzatmağa çalışır ki, yeni sanksiyaların tətbiqi yubansın.

Tramp ciddi bir reytinq itkisi ilə üzləşib. Hətta impiçment məsələləri danışılmağa başlayıb. Avropa liderlərinin Rusiya-Ukrayna məsələsi ilə Rusiyanın mövqeyi ilə bağlı dediklərinin haqlı olması Trampı həmin liderlərin qarşısında da təzyiq altında saxlayır. 

Tramp bu müharibənin nə qədər mürəkkəb olduğunu görüb NATO Baş Katibi və Avropa liderlərini də Vaşinqtona topladı. Artıq məsuliyyəti öz üzərindən atmaq və bu yükü təkbaşına daşımamaq istəyi görünməkdədir.

P.S. Başı daxili məsələlərdən daha çox Fələstin məsələsinə qarışan qardaş Türkiyənin bu müzakirələrdə masada olmasını arzu edərdim. Qafqazın, Orta Asiyanın Fələstin məsələsi ilə müqayisədə arxa plana keçməsinin narahatedici məqamları haqqında keçən ay bir yazı yazmışdım. Təəssüf ki, gedişat həmin yazıdakı proqnoz və təsbitlərin doğru olduğunu göstərdi.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)