
“FED ehtiyatla irəliləməlidir”
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
Gələn həftə faiz endirilməsi demək olar ki, qətiləşib
ABŞ prezidenti Cia Kobun qərarından şikayət etdi
Qiymətli metal ABŞ-da açıqlanacaq inflyasiya göstəricisini gözləyir
Tramp Kukun vəzifədən azad edilməsinin dayandırılması qərarına etiraz edəcək
Tramp FED-dən tələb etdi
Tramp Brüsselin Vaşinqtonla birgə hərəkət etməsini istəyir
Bu gün və sabah açıqlanacaq məlumatlar gələcəyi müəyyən edəcək
Hökm Trampa zərbə oldu
Qlobal bazarların gözləri FED və siyasi inkişaflarda
ABŞ, Avropa və Asiya birjalarında nələr baş verdi?
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
Bəzi FED rəsmiləri sentyabrı ayındakı iclasla bağlı qərarsızdır
Kriptovalyuta bazarında həftənin xülasəsi
“Standard Chartered”dan FED faiz gözləntisi
ABŞ Maliyyə naziri Federal Ehtiyat Sisteminin yenidən nəzərdən keçirilməsini tələb edib
Bu gün ABŞ-nin Federal Ehtiyatlar Sistemi (FED) faiz qərarını açıqlayacaq və ardınca FED sədri Cerom Pauelin mətbuat konfransı keçiriləcək. FED neft qiymətlərinin artmasının növbəti aylarda inflyasiya (qeyd edim ki, son ayın inflyasiya göstəricisi İsrail-İran müharibəsi başlayana qədər nisbətən aşağı olan neft qiymətləri fonunda gözlənilən səviyyədə idi) təzyiqi formalaşdırdığı, geosiyasi risklərin artdığı, Rusiya-Ukrayna müharibəsinin daha da şiddətləndiyi, artan neft qiymətlərinin iqtisadi artımı zəiflədəcəyi, Yaxın Şərqdə ciddi bir qeyri-müəyyənlik formalaşması, gözlənilən qaçqın axınının Avropanın iqtisadiyyatına mənfi təsir edəcəyini və digər riskləri əsas gətirərək dolların faiz dərəcəsini böyük ehtimalla sabit saxlayacaq.
Əslində son FED iclasından sonra iyun ayında faizlərin düşürüləcəyi gözlənilirdi. Əgər FED faizləri həqiqətən sabit saxlasa bu Trampı ciddi bir şəkildə əsəbləşdirəcək. FED-ə qarşı arqumenti bu olacaq ki, siz indiyə qədər datalar əsasında qərar qəbul etdiyinizi bildirirdiniz. İnflyasiya göstəriciləri gözlənilən səviyyədə isə niyə düşürmürsünüz? Gələcək gözləntiləri niyə əsas götürürsünüz?
Qeyd olunan Tramp-FED gərginliyi Trampı neft qiymətlərinin aşağı salınması üçün daha kəskin və sürətli addımlar atmağa sövq edəcək. Çünki, yuxarı faizlər ABŞ büdcəsi üçün faiz xərclərinin yüksək qalması, büdcə kəsirinin isə artması (vergilər də azaldılır) deməkdir ki, bu da Tramp üçün risklidir.
FED üçün daha praqmatik addım faizlərin 0.25-0.5 faiz düşürülməsi olar. Lakin, Trampı bu qədər düşürülmə qane etmir. Tramp ən azı 1-1.5 faiz düşürülmə gözləyir. Əslində, 0.25-0.5 faiz düşürülməsi ciddi risklər yaratmaz, bu az səviyyədə düşürülmə Trampı qane etməsə də. Görəcəyik.
ABŞ Yaxın Şərqə böyük miqdarda qoşun, təyyarə və hərbi gəmilər toplayır. Əlavə 5 hərbi gəmi gəlməkdədir. Sonuncu dəfə bu qədər qoşun İraq müharibəsi zamanı toplanmışdı.
Avropa Birliyi xarici sərhədlərini bağlayır ki, bu da gözlənilən qaçqın axınının qarşısını almaq və mümkün terror aktları risklərini minimallaşdırmaq məqsədini güdür.
İranla bağlı məsələ demək olar ki, aydındır. Burada baş verəcəklər sürpriz deyil. Hadisələr növbəti günlərdə daha sürətli və kəskin şəkildə cərəyan edəcək. Burada sürpriz olacaq məsələ o olar ki, İsrail fasilə vermədən, nəfəs almadan növbəti mərhələyə keçsin. Görünən isə odur ki, növbəti mərhələdə ABŞ ya birbaşa, ya da dolayı yolla (aktiv müdafiə mövqeyində) daha ön planda iştirak edəcək.