
“Hindistanı həll edəcəyik”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
4 mindən çox kənd su altında
Hindistan-İran-Ermənistan yaxınlaşması
Hindistan Mərkəzi Bankı ABŞ istiqrazlarından çəkilir
Yeni Dehli “S-400” HHM sistemi və “Su-30” qırıcıları ilə maraqlanır
Tramp: “Hindistan tarifələri sıfırlamağı təklif etdi”
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Hindistan lideri 7 ildən sonra ilk dəfə Çini ziyarət edib
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Pakistan sel fəlakəti yaşandı – 22 ölü
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Hər iki ölkə iqtisadi əlaqələri gücləndirmək istəyir
Neftdən sonra ən çox valyuta gətirən sektoruna yeni çağırışlar
Münasibətlərin normallaşmasına qərar verilib
ABŞ Rusiya neftindən qazananları fürsətçilikdə günahlandırır
Hindistanda sağlamlıq böhranı təhlükəsi ilə qarşı-qarşıya
Çinin Şərqi Asiyada öz nüfuzunu yenidən gücləndirmək variantları və ehtimallarına qarşı Hindistan-Çin qarşıdurmasının yaradılması və sonra nüvə silahının tətbiqindən “bəşəriyyəti xilas edəcək” üçüncü qüvvənin meydana daxil olub “biz olmasaq dünya batar, biz deyəni edin” deyərək imic və diktə formalaşdırılmasına doğru addımlar atılır. Çox gözəl bilirlər ki, nüvə silahı işlətmək riski formalaşdıran istənilən ölkənin imici dünya arenasında çox aşağı düşür. Yadımızdadır ki, 2008-ci ildə Putin Münhen təhlükəsizlik konfransında “nüvə silahım var” mesajı verdikdən sonra qlobal dünyanın ən təhlükəli ölkəsi imicini daha da gücləndirmişdi. Çin, Hindistan, Pakistan... Hər üçün nüvə ölkəsi. Zatən, Çinin rəqibi Hindistan Asiyada ona qarşı davam gətirə biləcək yeganə ölkədir. Hindistan nüvə silahına malik güclü Pakistana qarşı dura biləcək yeganə nüvə silahına malik (Çindən başqa) Asiya ölkəsidir. Kəşmir kimi uzun illərin münaqişə vəziyyətində olan iki ölkənin hər birinin özünün Çin kartı var.
Deyirlər bizdə variantlar çoxdur.
2018-ci ildə yazdığım bir yazıda “qlobal düzən təəssüf ki, müharibəsiz çətindir. Hindistanı gücləndirəcəklər və növbəti illərdə Hindistana qarşı diqqət artacaq. Hindistan adını tez-tez eşidəcəyimiz ölkəyə çevriləcək” fikrini bildirmişdim. Hindistanı ən çox silahlandıranlardan biri Rusiyadırsa, digəri də Fransadır. Yenə Britaniyanın olduğu bölgədə Fransanın peyda olub qarışıqlıq yaratması. 15-ci əsrlərdən indiyə qədər tarix təkrar olunur. Ən son 1914-cü il Yaxın Şərq (yeri gəlmişkən Afrikadan sonra Yaxın Şərqin də nüfuz dairəsindən çıxmasını həzm etməyən Fransa Asiyada yeni ümidlər axtarışındadır). Təəssüf ki, bu dəfə nisbətən ağıllı variant seçilib. Çünki, məhz Hindistanın Asiyada Çinə qarşı gücləndirilməsi təkcə Fransanın deyil, həm də ABŞ-nin maraq dairəsindədir. Digər nöqtələrdən fərqli olaraq burada maraqlar üst-üstə düşür.
Yenə də böyük bir qarşıdurma, rəqibləri iqtisadi cəhətdən zəiflətmə, münaqişəyə cəlb etmə və sonra da xilaskarın peyda olması prosesi. Çox təhlükəli, hiyləgər və hesablanmış bir təhlükəli oyundur.
P.S. Qlobal bazarlar da bu məsələyə sanki hazırlıqlı imişlər. Risklərin artdığı bir vaxtda nə qızılın qiyməti kəskin artdı, nə də böyük müharibə riski neftin qiymətinə təsir edib artırdı, nə də birjalarda çöküş və kəskin enişlər oldu. Yəni hər şey nəzarətimiz altındadır mesajı verilir.