vaxtlı-vaxtında oxuyun! Cümə, 2 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
Gənc əhalisi çox olanlar avantajlıdır 21:57 | 1 may 2025 | Cümə axşamı Məqaləyə 24 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gənc əhalisi çox olanlar avantajlıdır

Demoqrafik problemlər hər bir ölkə üçün fərqlidir

Elman SADIQOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Aşağıdakı xəritə və göstəricilər dünya ölkələrinin ortalama yaşlarını, 2020-2100-cü illərdə ən çox əhali artımı/azalması olacaq 30 ölkəni, 2024 və 2050-ci illərdə +65 yaş əhalinin ölkə əhalisindəki paylarını əks etdirir. Uzun təhlildən vaz keçərək bu istiqamətdə apardığım təhlillərin qısa nəticələri:

Bütün dünya ölkələrini demoqrafik problem və çağırışlara görə 5 qrupa bölmək olar:

1. Əhalisinin orta yaşı hazırda yüksək olan ölkələr. Bu ölkələrin bir çoxu (məsələn, Avropa ölkələri) yüksək inkişaf etmiş ölkələr olsalar da, texnoloji inkişafda ABŞ, Çin və Yaponiyaya çox uduzurlar. Hazırda Yaponiya daxil olmaqla bu ölkələrin texnoloji inkişaf dinamikalarında da ciddi durğunluq hiss olunur. Texnoloji inkişaf məsələsində Yaponiya ayrıca bir məsələdir, çünki ölkənin son 40 il ərzində formalaşmış bir infrastruktur və kültürü var.

2. Yaşlı əhalisinin ümumi əhalidə payının 2040-2050-ci illərdə yüksək olacaq ölkələr. Bu ölkələrdə iqtisadi artım, iqtisadi inkişaf tempi və təqaüd fondları ilə bağlı ciddi problemlərin olacağı proqnozlaşdırılır.

3. Hazırda əhalisinin artım tempi iqtisadi inkişaf tempindən yüksək olan ölkələr. Bu ölkələrdə isə iqtisadiyyat əhalinin rifahının artmasına dəstək ola bilmir, əhalinin artım tempi açılan iş yerlərinin artım tempindən yüksək olduğu üçün işsiz əhali iqtisadi inkişafa töhfə verə bilmir, əksinə iqtisadiyyat üçün yükə çevrilir. Bu əhaliyə büdcə hesabına müxtəlif müavinətlər, təqaüdlər, işsizlik sığortaları və sair ödənilir. Bu ölkələrin əhalisi daha çox emiqrasiya (digər ölkələrə köçmək) etməyə çalışır, büdcə daha çox sosial büdcəyə çevrilir ki, bu da ilbəil iqtisadi inkişaf tempini zəiflədir.

4. Hazırda əhalisinin artım tempi iqtisadi inkişaf tempindən zəif olan ölkələr. Bunlar daha çox inkişaf etmiş və bəzi inkişaf etməkdə olan (Rusiya və sair) ölkələrdir. Bu isə iqtisadi artıma ciddi maneə yaradır, işçi və kadr çatışmazlığı ciddi hiss olunur. İnkişaf etmiş ölkələr immiqrasiya siyasəti yürüdə bilsələr də, inkişaf etməkdə olan ölkələr immiqrasiya siyasəti yürüdə bilmirlər (obyektiv və subyektiv səbəblərdən). Bu isə digər ölkələrlə müqayisədə iqtisadi inkişaf tempini sürətli bir şəkildə zəiflədir.   

5. Əhalisinin artım tempi ilə iqtisadi inkişaf tempi paralel olan ölkələr. İdeal vəziyyət olsa da, belə ölkələrin sayı demək olar ki, çox cüzidir. İndiyə qədər immiqrasiya hesabına bu prosesi ən gözəl şəkildə tənzimləyən ölkə ABŞ olmuşdur. Kanada bu məsələdə çox geri qaldı. Çin isə əhali artımından iqtisadi inkişafı təmin etmək üçün indiyə qədər səmərəli istifadə edə bildi. Lakin, 1 uşaq siyasətinin mənfi nəticələri özünü 2040-2050-ci illərdə yaşlanma problemləri ilə göstərəcək.

Hazırda ən avantajlı vəziyyətdə olan ölkələr daha gənc əhaliyə (ortalama yaşın 30 ətrafında olan və daha az olan) malik olan ölkələrdir. Düzgün demoqrafik siyasət bu ölkələrdə istədikləri demoqrafik artımı da təmin edə bilər.

Yekun nəticələr:

1. Dünyada demoqrafik problemlər dedikdə bu problemlərin bütün ölkələr üçün eyni olduğunu demək doğru deyil.

2. Çıxış yolu miqrasiya görünsə də, texnoloji inkişaf işçi qüvvəsinə malik olan ölkələri kütləvi miqrasiya siyasəti aparmağa deyil, beyin cəlbi siyasəti apartmağa məhkum və məcbur edir. Bu isə əhali artımı iqtisadi inkişaf tempindən yüksək olan ölkələr üçün emiqrasiya (ölkədən köçmək) siyasətini həyata keçirməyə ciddi şəkildə mane olacaq əsas amillərdən biridir. Dünya indiyə qədər bu problemlərini məhz kütləvi miqrasiya siyasətləri ilə tənzimləməyə çalışmışdılar.

3. İnkişaf etmiş ölkələrin yaxın illər daxil olmaqla növbəti 25-30 il ərzində ciddi bir şəkildə beyinlərə ehtiyacı olacaq. Yəni, elmi, təhsili güclü olan ölkələrin inkişaf imkanları daha yüksək olacaq!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)