
Xameneyi daxili iğtişaşlardan qorxur
SEPAH 10 baza və 50.000 ABŞ əsgərini hədəfə almaqla hədələyir
SEPAH 10 baza və 50.000 ABŞ əsgərini hədəfə almaqla hədələyir
... iki ölkəni birləşdirəcək
AB ABŞ-ın tariflərinə güclü cavab verməyə hazırdır
Pekin qüvvələri Tayvanın işğalını imitasiya edəcək
Varşava 2 milyard dollarlıq “Patriot” müqaviləsi imzalayır
Trampın Putinə son hədəsi
Boykot kampaniyasından yayınmaq üçün məhsulların üzərinə istehsal olunduğu ölkənin adı yazılır
Azərbaycan öz ərazilərini İranın rəqiblərinə cəbhə kimi təqdim etmir
Rəsmi dolların üzərində belə vardı
Milyarddan artıq investisiyaları sürətləndirmək üçün yeni ofis yaradılır
Burada hər 24 nəfərdən biri milyonçudur
İranın “nüvə silahı” bəyanatı
160 min nəfərin orduya cəlb edilməsi gözlənilir
ABŞ Cənubi Afrikada azlıqlar üçün müraciəti mərkəzi açacaq
Çinli alimlərin antropologiyaya işıq tutan araşdırması
55 yaşlı çinli gəncləri geridə qoyub çempion oldu
ABŞ-nin Ukraynaya etdiyi kömək humanitar yardım və ya lütf deyil, borcudur. Dəfələrlə qeyd olunduğu kimi, 1991-ci ildə Ukraynanın əlindən nüvə silahını alıb onun təhlükəsizliyinə beynəlxalq qarantiya verən ölkələrin başında ABŞ dururdu.
Dünyanın polisi rolunu oynamaqda davam etməyə iddialı olan ABŞ xərclədiyi pulların vergi ödəyicilərinin pulları olduğunu, ABŞ-nin daxili maraqlarını güddüyünü vurğulayırsa, öhdəliyi qarşılığında verdiyi pulları artıqlaması ilə geri istəyirsə, Çinin dünyada bir sıra məsələlərin həllində donor ölkə olmasına yol açır. Çin və Avropa İttifaqı bu şəraitdən tədricən istifadə edərsə, ABŞ yenidən ya öz köhnə siyasətinə geri dönəcək, ya da ciddi nüfuz itkisi ilə üzləşəcək.
Avropa Birliyi öz düşdüyü hazırki vəziyyəti dərindən təhlil edərsə, Fransa Prezidenti Makronun siyasəti, Rusiya, İran və Suriya məsələlərində (Avropa Birliyi maraqlarına zidd) tutduğu mövqe və qıcıqlandırıcı siyasətinin Avropa Birliyinə vurduğu zərbəni daha aydın görər. Yetənə yetib, yetməyənə daş atan Makron Avropa Birliyini bilərəkdən və ya bilməyərəkdən təcrid etdi. Avropa öz daxilindəki ziddiyyətləri görmədən digər ölkələrin işlərinə qarışıb onları da özündən küsdürdü. Özünün içərisində olduğu Avropa Birliyinin təhlükəsizliyi əsas mövzulardan biri olmasına baxmayaraq son günlərdə gah Livanda sülhün bərpası, gah Suriyada PKK/YPG məsələsinə yenə də qarışması sadəcə acı gülüş doğurur.
İki ölkə arasında vasitəçi olmağa iddiası olan hər hansı ölkə tərəf tutduğu, hər hansı bir ölkəni tənqid etdiyi, digərini təriflədiyi anda öz vasitəçilik missiyasını itirmişdir. Bunu edərək həm də vasitəçilik iddiasında olmaq ən böyük ziddiyyətlərdən biridir.
Tutaq ki, Tramp Rusiya-Ukrayna müharibəsini dayandırdı. Qazprom Avropa Birliyinə qaz göndərmək istədi. Nə olacaq? Tramp ABŞ-nin mənafeyini qurban verərək əlinə keçirdiyi Avropa qaz bazarını yenidən Rusiyaya verəcək? Rusiyaya qarşı sanksiyaları birtərəfli şəkildə ləğv edərsə, lakin Avropa Birliyi, Yaponiya və digər ölkələr bunu etməzsə necə olacaq? Və ya Avropanın bəzi ölkələri həmin qazı qəbul edərlərsə necə olacaq? NATO dağılarsa necə olacaq?
Hələ nəzərdə tutulan tariflərin 10 faizi tətbiq olunmağa başlamayıb, artıq ABŞ-də inflyasiya təzyiqi kəskin artıb. Bu ilin ikinci yarısından etibarən (istehsalın artırılması vaxt tələb edir) neftin qiymətini endirməyi planlayan Tramp administrasiyası Rusiyaya bununla ən böyük zərbəni vurmuş olar. Rusiya bunu etməməyi xahiş etsə ABŞ nə edəcək? Ümumiyyətlə belə davam etsə, neftin qiymətini endirməyə nail ola biləcək? Səudiyyə Ərəbistanı vəliədi Salmanı tərifləməklə ABŞ-yə vəd olunan 600 milyar dollar investisiyanı 1 trilyon dollara çatdırmağı xahiş edir. Bunun qarşılığında neftin qiymətini necə azalda bilər? O halda ABŞ-dən investisiyalar geri çəkilsə nə olacaq? Bəs neftin qiymətini endirməsə tariflər nəticəsində artan inflyasiya təzyiqini necə cilovlayacaq?
Eyni vaxtda bütün strateji müttəfiqlərlə (Britaniya, Çin, Aİ, Yaponiya, Kanada) qarşıdurmaya getməklə onları birləşməyə və ya Çinin mövqeyini gücləndirməyə doğru gedən siyasət ABŞ-nin xeyrinədir? Çin məsələləri səbirlə izləyir və taleyin ona bəxş etdiyi vəziyyətdən istifadə etməyə hazırlaşır. Bunu hiss edən Tramp son günlər Çini tərifləməklə məşğuldur. Fəxr edir ki, ən az tarif dərəcələrini məhz Çinə qarşı tətbiq edib. Öncəki yazılarımda qeyd etdiyim kimi, Çinlə ehtiyatla davranır, çünki Rusiya-Ukrayna məsələsində Rusiyanın necə davranacağı hələ tam aydın deyil.
Kütləvi tarif tətbiqi ABŞ-ni öz-özünü izolyasiya vəziyyətinə və yüksək inflyasiya təzyiqinə məruz qoyduqca dolların mövqeyinə ciddi mənfi təsir göstərmək ehtimalları arta bilər.
Bunları və deyilməyən bir çox ziddiyyətləri göz önünə alan Mask isə “ABŞ-nin defolt olması zaman məsələsidir” fikrini səsləndirdi. Dünyanın investisiya bankları, dövlətləri, fondları qızıl alışını sürətləndirirlər. Bütün dünya yığılsaydı, dolların nüfuzunu və mövqeyini bu qədər sarsıda bilməzdi...
İndiyə qədər dünyada yaranmış (yaratdığı) xaosu idarə etməklə güclənib super gücə və dünyanın polisinə çevrilən ABŞ bu dəfə xaosu öz daxilində yaratmaqdadır. Bu isə dünya maliyyə sistemi üçün ciddi təhdid formalaşdırır.
Gedişat böyüklüyü və kiçikliyindən asılı olmayaraq dünya ölkələrinin 90 faizini ciddi iqtisadi və maliyyə risklərinə məruz qoya bilər.
Baş verən proseslər dünya üçün şok hadisələri olduğu üçün iqtisadi güc mərkəzləri hələ özlərinə gələ bilməyib. Amma bu şok bir neçə ay davam edə bilər. 4 ilin bitməsini gözləməzlər. Amma daha böyük ehtimalla, aprel-may (prezidentliyin ilk 100 günündən sonra) aylarından etibarən ABŞ-nin siyasətlərində ciddi düzəlişlərin olacağı ehtimalı yüksəkdir. Çünki, zərərlərini açıq şəkildə hiss etməyə başlayacaqlar. Hətta Maskın korrupsiya, səmərəsiz xərcləmələrlə bağlı atdığı addımlar müsbət nəticələr verərsə də, mövcud gedişatın zərərləri mənfəət və qənaət nəticəsində əldə olunan xeyirləri qat-qat üstələyəcək.