Maduro üçün geri sayım başladı
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
19:57 | 11 aprel 2025 | Cümə
Məqaləyə 249 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Tramp iqtisadi sahədə istədiklərindən birinə nail oldu. Seçki öncəsi kampaniyası boyu ABŞ xidmət və məhsullarının rəqabət qabiliyyətini artırmaq üçün dolların ucuz olmasının vacibliyini qeyd edirdi. Aşağıda dolların indeksi, əsas ən böyük 4 ticarət tərəfdaşının valyutaları, 2 əsas əmtəə üzrə 13 yanvar və bu günün (11 aprel) göstəricilərinin müqayisəsi göstərilib. 3 ay ərzində kifayət qədər böyük fərqlərdir.
Mövcud vəziyyətdə Avronun dəyər qazanması Avropa məhsulları üçün əlavə yükdür, maliyyətdir. Funt-sterlinq, Yapon yeni, Kanada dolları üçün də eyni fikri söyləyə bilərik.
Ticarət tərəfdaşları həm də öz valyutalarını dollar qarşısında ucuzlaşdıraraq, müxtəlif ticarət baryerləri tətbiq edərək ABŞ ilə öz aralarında öz xeyirlərinə müsbət, ABŞ üçün isə böyük həcmli mənfi saldolarla mənfəət qazana bilmişdilər.
Apardığım hesablamaları iki istiqamətdə həyata keçirdikdə bir-birinə əks fikirlər ortaya çıxır. ABŞ tərəfdən baxdıqda Tramp haqlı görünür, bir şərtlə ki, tarif tətbiqlərini daha səliqəli həyata keçirə bilsin. Digər ölkələr tərəfdən, qlobal iqtisadiyyat tərəfdən baxdıqda isə sadəcə yaxınlaşmaqda olan böyük bir iqtisadi sunami, fəlakət görünür. ABŞ isə deyir ki, zatən bir neçə dəfə dünyanı qurtardım, bu dəfə də özümü xilas edim, sonra batmaqda olan iqtisadiyyatları öz şərtlərimi diktə edərək qurtaracam. Bunları nəzərə alıb şərtlərimi batmazdan öncə qəbul edin!
|
|
13.01.2025 |
11.04.2025 |
|
ABŞ dollarının indeksi: |
109.96 |
100 |
|
Avro/Dollar: |
1.02 |
1.1329 |
|
Funt-sterlinq/Dollar |
1.21 |
1.3050 |
|
Dollar/Yapon yeni |
158 |
143.5 |
|
Dollar/Kanada dollar: |
1.44 |
1.39 |
|
1 unsiya qızıl |
1,680 |
3,240 |
|
“Brent” markalı neftin bir bareli |
77 |
63.5 |
Amma bütün bu gedişatın bəzi müsbət və mənfi amillər də var.
ABŞ milyarderləri itkilərə məruz qaldıqları üçün narahat və narazıdırlar.
Fond birjalarında köpüklər dağılır, səhmlər əl dəyişir.
İstiqrazlarla bağlı riskli vəziyyət formalaşır.
Enerji qiymətləri düşür.
Dünya iqtisadiyyatı daha təhlükəli olan iqtisadi müharibələr dövrünə qədəm qoyur.
ABŞ sənaye və emal sənayesini inkişaf etdirməklə bərabər məşğulluğu da artıra, lazım olacaq bacarıqlı, peşəkar kadrları ABŞ-a cəlb etməklə kütləvi miqrasiya siyasətinə də son qoymağı düşünür.
Ən son xəbər bu oldu ki, Çin də ABŞ məhsullarına tətbiq etdiyi tarifləri 125 faizə qaldırdı. Məsələ artıq prinsip məsələsinə çevrildi.
Mövcud vəziyyət 3 ay müddətinə bütün ölkələr üçün, 3 ay sonra tariflərin tətbiqi həyata keçərsə, xüsusilə 10 faiz tarif tətbiq edilən ölkələr üçün ABŞ-a ixrac baxımından sərfəli vəziyyət formalaşdırır. Çin mallarını hansı ölkə malları əvəz edə biləcək? Ümumiyyətlə əvəz edə biləcəklərmi?
Çin məhsullarını əvəzləmək üçün ABŞ-a ixrac edən digər ölkələr ABŞ ilə bu 90 gün ərzində anlaşmağa çalışacaqlar!
Geniş oxucu kütləsini nəzərə alaraq fiskal, monetar siyasətlərdəki texniki məsələlərə toxunmadan önəmli bir nəticəni qeyd edim: yaranacaq qlobal xaosun kimin yaxşı idarə etməsindən asılı olaraq hadisələr fərqli istiqamətlərdə inkişaf edəcək.