
İki dəfə artırılacaq
Polad idxalına tarif dərəcəsi 50 faiz qaldırılacaq
Polad idxalına tarif dərəcəsi 50 faiz qaldırılacaq
Tramp: ““Cənab nəzakətli adam” olmaq buraya qədərmiş!”
ABŞ 3,7 milyard dollarlıq təmiz enerji layihələrini dayandırır
Putin ikinci cəbhə açmaq üçün hazırlıqlara başlaya bilər
“Meta”nın ABŞ ordusu üçün süni intellektlə işləyən dəbilqəsi
Halüsinogen göbələk yeyənlər özlərini də itkin düşmüş sayıblar
... Məxfi məlumatları sızdırmağa çalışdı
Rusiya Almaniyanı vurmaqla hədələyir, Merz isə Kiyevə dəstəyi artırır
Vaşinqton müxalifət partiyalarına da təzyiq edir: “Bu , ölüm-dirim məsələsidir”
İki ölkə münasibətlərinin gərginləşməsi Çinin maraqlarına ziddir
Səudiyyə şahzadəsi İrana xəbərdarlıq etdi
Təhlükəsizlik kamerası ilə bağlı qaydalar dəyişdirildi
Keçmiş MKİ rəhbərinin Rusiya ilə bağlı ilginc iddiaları
Məhkəmə yenidən qlobal bazarlara təsir edir
“Tariflərdən daha çox borc səviyyəsinin yüksəlməsindən qorxurlar”
ABŞ Maliyyə naziri: “ABŞ-Çin ticarət danışıqları bir az dalana dirənib”
Tramp Çin məhsullarına tətbiq edilən tarifləri 125-dən 145 faizə qədər artırdı. Bazarlar yenə qarışıb.
Diqqətdən kənarda qalan məqam. 3 gün öncə isə Avropa Birliyindən tələb etmişdi ki, onlar (Avropa Birliyi) ABŞ-dən əlavə olaraq 350 milyard dollarlıq qaz almalıdırlar ki, ticarət balansını düzəldə bilsinlər. Avropa Birliyi bu təklifi müzakirə edə bilər.
Trampın bütün dünya ilə bu qədər sərt davranmasının əsas səbəbi odur ki, dünyanın heç bir ölkəsi ABŞ-nin batmasını, defolt olmasını istəmir. Hər bir ölkəyə dəyəcək zərəri bir tərəfə, sistem çökər və dünya ölkələri bu çökən sistemin altından qalxa bilməzlər.
Tramp proteksionist siyasət yürütməklə ABŞ-ni bundan sonrakı fiskal və monetar problemlərdən qurtarmaq istəyir. Proteksionist siyasət Cənub Şərqi Asiya ölkələrinin (Çin, Yaponiya, Cənubi Koreya, Tayvan və sair), Avropada da vaxtilə Almaniya başda olmaqla bir sıra ölkələrin tətbiq etdiyi və onların bu gün yüksək inkişaf səviyyələrinə çatmalarına səbəb olan incə və dərin bir siyasətdir. Bu siyasətin incəliklərini bilən iqtisadçılar Trampın bu siyasətin adından istifadə etdiyini, əslində isə tətbiq etdiyinin proteksionist siyasət deyil, ticarət, sonrakı mərhələdə valyuta və iqtisadi müharibələr olduğunu bilirlər. Plan budur ki, Yeni Dünya Nizamına keçiddə qlobal müharibə nüvə silahı səbəbindən mümkün deyilsə, o zaman niyə qlobal iqtisadi və lokal hərbi toqquşmalar olmasın?
Proteksionist siyasət bu deyildir. Bu siyasətə proteksionist siyasət deməklə proteksionist siyasətin gözdən salınması vaxtilə bu siyasətin araşdırılmasına bir neçə ilini sərf edən biri kimi şəxsən məni çox təəssüfləndirir. Təəssüfləndirən amil təkcə bu deyil.
Təəssüfləndirir, çünki:
– dünyanın bir çox ölkələrində iqtisadiyyatlar o qədər deformasiyaya uğradıldı ki, düzəlməsi ya müharibələr, ya da dərin çöküşlər hesabına ola bilər;
– hər kəs iqtisadiyyatdan danışıb iqtisadiyyatı boşboğazlığa çevirdilər, gözdən salmağa çalışdılar. İqtisadiyyat iqtisadiyyatdan anlamayanların, ya da iqtisadiyyatı siyasətə alət edənlərin sayəsində boşboğazlığa çevrilər;
– əslində dünyanın iqtisadi sisteminin mövcud tariflərə reaksiyası onu göstərir ki, sistem işləyir. İşləməyən sistem reaksiya da verməzdi. Əlavə olaraq, bu onu göstərir ki, iqtisadiyyatlar bir-birləri ilə hörümçək toru kimi nə dərəcədə bağlıdırlar;
– həyata keçirilməsi nəzərdə tutulan ciddi bir plan sakitcə, gizliliklə, ajiotaj yaratmadan aparılar, nöqtəsi qoyulanda bunu etdik deyilər.
– gedişat göstərdi ki, öncədən ssenari testləri, hesablamaların aparılmaması hər gün Tramp tərəfindən siyasətinin tez-tez dəyişməsinə səbəb olur. Məsələn, bu cür total tarif tətbiqinin ABŞ istiqrazlarının müddəti bitdikcə alınmaması, risklərin artması nəticəsində gəlirliyin artması, bu dəfə borcların artmasının deyil, borclanma imkanlarının məhdudlaşma risklərinin (ABŞ-nin Yaponiyaya 1 trilyon dollar, Çinə 800 milyard dollara yaxın, digər bir sıra ölkələrə də 100 milyardlarla ölçülən borcu var və onlar müddəti bitən istiqrazları qaytarıb yenilərini almasalar bu dəfə ABŞ monetar siyasət alətlərinə baş vurmalı olacaq. Yəni, əlavə dollar çapına) artmasına gətirib çıxara bilməsi nəzərə alınmamışdı;
– ABŞ-nin defolt olması qeyd etdiyim kimi hamını batırar. Bu səbəbdən dünya ölkələri ölçüb biçərək hərəkət edəcəklər. Kəskin hərəkət əvəzinə, ABŞ-ni batırmayacaq, amma ciddi sarsıdacaq addımlar ata biləcəklər. Borcların hamısını deyil, bir hissəsini uzatmamaqla....
– bu gedişat Britaniya, Yaponiya, Avropa Birliyi, Cənubi Koreyaya zərər vuracaq, iqtisadi itkilər olacaq. Amma inkişaf etməkdə olan bir sıra ölkələri çox ciddi böhran vəziyyətinə gətirəcək. Əslində məqsəd də budur. Çökməsi ABŞ iqtisadiyyatı üçün ciddi zərər yaratmayan, lakin çökməsi nəticəsində ABŞ üçün yeni bazarların yaranmasına, onların vəsaitlərinə əl qoymaqla özündən birdəfəli asılı vəziyyətə salmaqla yenidən dünyada öz iqtisadi nüfuz dairəsini artırmaq!
– hər kəsi zəiflətməklə özünü gücləndirmək, sonra isə sizi bu şərtlərlə xilas edirəm siyasəti yürütmək. II Dünya Müharibəsindən öncə ən zəif vəziyyətdə olan ABŞ müharibənin sonlarından (1944-cü ildən) etibarən dünya düzənini nizamlayan bir nömrəli hegemon ölkəyə çevrildi. Ssenari eynidir, sadəcə bu dəfə qlobal müharibəni iqtisadi çöküşlər əvəzləyəcək!
– əvvəlki fikirlərimdə qalıram. ABŞ proteksionist siyasət tətbiq etmək məcburiyyətində idi. Bu siyasəti birinci prezidentliyi dövründə qismən tətbiq etməklə ciddi iqtisadi uğurlar əldə edən Tramp eyforiyaya qapılaraq ikinci prezidentliyi dövründə bu siyasətin barıtını çox, lap çox elədi!!!
– mövcud gedişatı xilas etmək üçün məcburi, səmərə gətirə biləcək yeganə strategiyanı (digər strategiyaları 20 ildir sınaqdan çıxartdı, nəticələri ya heç olmadı, ya da kifayət etmədi) çox bərbad və kobud taktikalarla məhv etmək üzrədirlər!
Təəssüf doğuran məqamların siyahısını artırmaq olar. Amma hələlik bu qədəri kifayətdir!
Əlbəttə bütün bunları bir çox ölkələr çox yaxşı görür. Amma, kimin hansı siyasəti necə həyata keçirib vəziyyətdən necə çıxacaqları, heç olmasa əllərindəkiləri itirməməklə bu böhrandan minimum hansı itkilərlə çıxacaqları ölkələrin yanaşma və düşüncə tərzlərindən asılı olacaq!