vaxtlı-vaxtında oxuyun! Cümə, 13 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
Ekonomikanın metabolizmi 21:10 | 12 iyun 2025 | Cümə axşamı Məqaləyə 38 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ekonomikanın metabolizmi

İnflyasiya təzyiqi artırsa, deməli bu subyektiv amillərin nəticəsidir

Elman SADIQOV

MÖVZU İLƏ ƏLAQƏLİ

İqtisadiyyat canlı orqanizmdir. Onun düzgün müalicəsi xəstəliyinin düzgün diaqnozundan keçir. Məsələn, iqtisadiyyatın qan təzyiqi inflyasiya (aşağısı da zərərdir, yuxarısı da), xərçəngi staqflyasiya (müalicəsi çox çətin, ağrılı və uzunmüddətlidir, bəzən də xroniki hala keçir, bəzən də iqtisadiyyatı tamamilə çökdürür), şəkər xəstəliyi inşaata aludəçilik (bu şirniyyata çox aludəçiliyin sonu fəsad, peşmanlıqdır), metabolizmi də pul dövriyyəsidir.

Sonuncu haqqında bir neçə kəlmə. Metabolizm pozulanda bütün bədənin sistemi pozulur. İqtisadiyyatda da belədir. Mərkəzi Bank pul çap edir, pul kütləsi çoxalır, lakin dövriyyədə pul çatışmazlığı hiss olunur. Dövriyyə pozulur. Yenidən pul çap edilir, dövriyyəyə pul buraxılır, lakin pul çatışmazlığı artır. Pulun dövretmə sürəti zəifləyir. Biznes mühitinin zəifləməsinə baxmayaraq inflyasiya artır. Pul yaratma mexanizmi minimuma enir, tələb olunan pul pul yaratma mexanizmləri ilə deyil, birbaşa pul emissiyaları ilə tənzimlənir. Vaxtında ciddi müalicə olunmadıqda fəsadı staqflyasiya (xərçəng) ilə nəticələnir. Banklar (maliyyə sektoru) pul kütləsinin çoxluğundan, biznes (real sektor) çatışmazlığından şikayətlənir və sair. Müalicə metodları çoxşaxəli, geniş və dərindir. Bu çoxsaylı müalicə metodlarından biri də əhalinin nisbətən aztəminatlı aşağı 50-60 faiz təbəqəsini əhatə edən maaş-təqaüd-ödəniş artımlarıdır. Bu fonda Prezident İlham Əliyevin sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanı imzalaması təqdirəlayiqdir. Lakin, qısaca qeyd edim ki, belə bir vacib Fərmandan xüsusilə mal-məhsul və xidmət sektorlarında qiymətlərlə bağlı sui-istifadə cəhdləri ehtimalı yüksəkdir. Çünki, hazırkı makroiqtisadi və monetar göstəricilər fonunda bu kimi artımlar, o cümlədən əmək haqqı artımları obyektiv inflyasiya təzyiqi formalaşdırmaz. İnflyasiya təzyiqi artırsa, deməli bu subyektiv amillərin nəticəsidir. Bu kimi artımlardan sonrakı addımlar ünvanlı faiz azalmalarının (biznes kreditləri) həyata keçirilməsi, istehlak kreditlərinə nəzarətin artırılmasıdır. Hər bir 50 manat artım şərtləri və zamanından asılı olaraq istehlak kreditinin 400-1000 manat aralığında artması ilə nəticələnə bilir.

Tibb elmi ilə daha bir paralel. Qəbul edilən bir dərmanın təsiri onun hansı dərmanlarla, hansı müddətdə qəbul edilməsi və həmin dərmana mənfi təsir edən digər dərman, qida və davranışlardan uzaq durulmasından çox asılıdır.  

Mövzu dərin və uzundur, lakin uzun və analitik (şou, kriminal xarakterli yazılar xaric) yazıların oxunmaması, dəyərləndirilməməsi səbəbindən bu qədərilə kifayətlənmək daha məqsədəuyğundur.

P.S. Ölkəmizi və regionumuzu yaxından maraqlandıran digər xəbər İranla bağlıdır. Qısaca qeyd edim ki, Beynəlxalq Atom Agentliyinin monitorinqinin nəticələri bu gün açıqlandı və İranla bağlı ciddi şübhə və ittihamları əhatə edir. ABŞ Yaxın Şərqdəki səfirliklərində işçi saylarını azaldır. Ritorikalar sərtləşir. Hərəkətlilik artır. Həm neftin, həm qızılın qiyməti artır. Yaxın Şərq planının yaxın vaxtlarda başlayaraq növbəti illərdə (2025-2027) icrası ehtimalı mövcud qlobal iqtisadiyyatda mövcud vəziyyət nəzərə alındıqda yüksəkdir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)