vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 1 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BANK, BİRJA, SIĞORTA  
“Ən pisə hazırlaşın” 09:58 | 15 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1172 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ən pisə hazırlaşın”

Milyarder Bezosdan bədbin proqnoz

MÖVZU İLƏ ƏLAQƏLİ

“Amazon”un qurucusu milyarder Ceff Bezos ABŞ-da tənəzzülün yaxınlaşdığı barədə xəbərdarlıq edib və qlobal iqtisadiyyatda tənəzzül baş verəcəyi təqdirdə bəşəriyyətə nağd pul yığmağı tövsiyə edib. Bu barədə milyarder CNN telekanalının efirində bildirib.

“İqtisadiyyat hazırda yaxşı görünmür. Bunu özünüz də görə bilərsiniz – iqtisadiyyatın bir çox sahələrində ixtisarlar baş verir”, – deyə o bildirib.

Bezos iqtisadi vəziyyətin pisləşməsi riskini nəzərə alaraq yeni televizorlar, soyuducular və avtomobillər kimi böyük alışların təxirə salınmasını tövsiyə edib.

O, kiçik biznes sahiblərinə yeni avadanlıqlara sərmayə qoymaq əvəzinə pul ehtiyatları yaratmaq barədə düşünməyi təklif edib: “Bacardığınız qədər çox risk düşünün. Ən yaxşısına ümid et, amma ən pisinə hazırlaşın”. (Report.az)