Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
00:49 | 14 iyul 2022 | Cümə axşamı
Məqaləyə 1237 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Ölkədə yanacaq qıtlığı dərinləşir
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ hökumətinin çərşənbə günü verdiyi məlumata görə, istehlak qiymətləri iyun ayında bir il əvvəl ilə müqayisədə 9,1 faiz artıb və hələ də artmaqdadır. Bu, son 40 ildə ən sürətli artımdır.
Əmək Statistikası Bürosu may ayı ilə müqayisədə iyun ayında qiymətlərin 1,3 faiz artdığını bildirib. Bu rəqəm də əvvəlki aylar milyonlarla amerikalı ailənin ərzaq, benzin və mənzil büdcəsindəki artımlardan sonra böyük sıçrayış hesab olunur.
May ayından iyun ayına qədər olan ən böyük artım enerji indeksində 7,5 faiz olub və bu inflyasiyanın ümumi artımının təxminən yarısını təşkil edib. Yanacaq, neft, benzin və elektrik enerjisinin qiymətlərini əhatə edən enerji indeksi il ərzində 41,6 faiz artıb ki, bu da 1980-ci ilin aprelindən bəri 12 aylıq ən böyük artımdır.
İyun ayında benzinin qiyməti 11,2 faiz bahalaşıb ki, bu da Rusiyanın Ukraynaya hücumu nəticəsində dünya bazarında neftin qiymətlərinin təsirindən irəli gəlib.
Benzin qiymətindən başqa əksər amerikalı ailələri ən çox ərzaq xərclərinin artması narahat edir. Belə ki, iyun ayında may ayı ilə müqayisədə ərzaq qiymətləri 1 faiz, bir il ötən illə müqayisədə 10,4 faiz artıb. Bu da 1981-ci ilin fevralından bəri ən böyük illik artımdır.