Rusiyanın olimpiya və dünya çempionu üsyan edir
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
22:48 | 13 iyul 2022 | Çərşənbə
Məqaləyə 982 dəfə baxılıb
Şriftin ölçüsü
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Rusiya və Ukraynanın hərbi nümayəndə heyətləri taxıl ixracının blokdan çıxarılması yollarına dair danışıqların növbəti dövrəsini də gələn həftə Türkiyədə davam etdirəcəklər. Bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi iyulun 13-də verib.
Türkiyə müdafiə naziri Hulusi Akar iyulun 13-də keçirilən danışıqlardan sonra deyib ki, tərəflər Qara dəniz limanlarında birgə nəzarət və dəniz nəqliyyatı yollarının təhlükəsizliyinin təmin olunması barədə ilkin razılaşma əldə ediblər.
Nazirin sözlərinə görə gələn həftə Türkiyədə keçiriləcək danışıqlardan sonra bütün təfərrüratlara bir daha baxılacaq və görülən işin nəticəsi barədə sənəd imzalanacaq.
Rusiya və Ukrayna hərbi nümayəndələri İstanbulda keçirilən danışıqlarda taxılın blokadada olan dəniz limalarından çıxarılması məsələsini müzakirə edirdilər.
İyulun 13-də keçirilən danışıqlarda Türkiyənin hərbi rəsmiləri və BMT nümayəndələri də iştirak edirdilər. Hazırda Ukraynanın yüz minlərlə ton taxılı Rusiyanın hərbi blokadasına görə Qara dəniz limanlarında və anbarlarda qalıb.
***
BMT-nin baş katibi Antonio Quterreş deyib ki, tərəflərin mart ayından bəri ilk dəfə üz-üzə oturaraq danışıqlar aparması irəliyə doğru “mühüm və əsaslı addımdır”.
O ümid etdiyini bildirib ki, gələn həftə yekun razılaşma əldə etmək mümkün olacaq.
Quterreş əlavə edib ki, bunun üçün tərəflərdən “xoş məram və siyasi iradə” tələb olunur.
Ukrayna prezidenti Vladimir Zelenski də danışıqlarda “müəyyən irəliləyişin” olduğunu bildirib:
“Biz əlbəttə, dünya bazarlarının ərzaq təchizatının bərpa olunması istiqamətində əhəmiyyətli səylər göstəririk. Mən BMT-yə və Türkiyəyə göstərdikləri səylərə görə minnətdaram”.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü deyib ki, Moskva bu danışıqlarda “problemin sürətli və praktik həlli” üçün təkliflər paketi təqdim edib.
Xəbər verilir ki, iyulun 13-də dördgünlük danışıqların birinci dövrəsi başa çatıb.
Ukrayna dünya üzrə arpa kimi taxıl məhsullarının və qarğıdalının əsas ixracatçılarından biridir.
***
Kiyev bildirir ki, hazırda 25 milyon tonadək taxıl Ukrayna limanlarında qalıb.
Danışıqçılar məsələnin tezliklə həll olunacağına və Ukraynadakı taxıl anbarlarının yeni məhsul üçün boşalacağına ümid edirlər.
Hazırda taxılın bir hissəsi Avropa ərazisindən dəmir yolu ilə daşınır.
Ukraynada və Qərbdə bir çoxları Moskvanı Ukraynadan oğurlanmış taxılı satmaq cəhdlərində ittiham edirlər.
Diplomatlar bildirirlər ki, əldə olunmuş razılaşmaya əsasən limanlardan çıxan və gələn tankerləri Ukrayna gəmiləri müşayiət edəcəklər.
Rusiya taxılın daşınması zamanı atəşin dayandırlımasını təmin etməli, Türkiyə isə BMT-nin dəstəyi ilə gəmiləri yoxlamalıdır.
Rusiya narahat olduğunu bildirib ki, Ukraynaya gəmilərlə silahlar daşına bilər.
Türkiyə bildirir ki, onun Qara dənizdə hazır vəziyyətdə olan 20-dək tankeri var və bunlar taxılı tez bir zamanda limanlardan dünya bazarına çıxara bilərdilər.