İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
16:02 | 15 noyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 842 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran bilir ki, Azərbaycana qarşı hər hansı hərbi eskalasiya ssenarisinə getmək Tehranı ona qarşı birləşmiş güclərin legitim hədəfinə çevirəcək.
Son günlər İsrail tərəfindən “bizim İrana qarşı hərbi müdaxilə planlarımız var” tipli bəyanatların səsləndirilməsi də molla rejimini düşündürməlidir.
Ancaq İran təkcə öz təhlükəsizlik qüvvələri və ordusu ilə yanaşı, Yaxın Şərqdə ona vəkillik edən hərbi-siyasi təşkilatlardan ibarət resurslara da malikdir.
İran regionda həmin qüvvələrə simpatiya bəsləyən hərəkatları qidalandırmaq istəyir və bu maraqlarını Azərbaycana da transfer etmək istəyir.
Çünki Azərbaycanın xüsusi xidmət orqanları birbaşa İrandan bəslənən şəbəkələri ifşa edib həbsə atdıqca, Tehran proksi qüvvələr vasitəsilə kəşfiyyat və ideoloji itkilərini kompensasiya etməyə çalışacaq.
Azərbaycanın kəşfiyyat orqanları tərəfdaşlarla və strateji müttəfiq Türkiyə ilə koordinasiyalı vəziyyətdə çalışır ki, bu da Bakıya qarşı başlaya biləcək yeni təhdid dalğalarının hündürlüyünü minimuma endirmək potensialındadır.
Azərbaycanı tərəfdaşları ilə birləşdirən vahid mövqe budur ki, İranın hərəkətləri regionda sabitliyi pozan meyl hesab olunur, böyük güclər siyahısında Tehranı rəqib görən Böyük Britaniya və ABŞ İrana aid qrupların bir çoxunun fəaliyyətini terrorçuluq kimi görür.
Ona görə də, Azərbaycan, Britaniya və ABŞ İranın Cənubi Qafqazdakı addımlarını zərərsizləşdirməyi antiterror aspektləri ilə nəzərdən keçirə bilər.
Diqqətə alınmalıdır ki, İrana Yaxın Şərqin qarışıq və qanlı-qadalı olması sərf edir, dramatik mənzərə Tehrana siyasi şiəlik ideoloji xətti üçün tərəfar toplamasına şərait yaradır. İranın Yaxın Şərqdə nüfuza can atması və status-kvonun qorunub-saxlanılması üçün səylər göstərməsi Tehranın ambisiyalarının məzmununun nə qədər təhlükəli olmasından xəbər verir.
Tehran indi də Cənubi Qafqaz regionunda qarışıqlıq tərəfdarıdır və bunu hərbi müdaxilə etməməklə inkişaf etdirib bölgədə Yaxın Şərqdəki kimi alternativ sistemlər yaratmağı planlaşdırır.
Bir cəbhə üzrə sakitlik bərqərar olunmamış İranın digər “təmas xəttində” gərginlik yaratması da medalın digər üzüdür, Tehranın Naxçıvanı da məsələyə qatması eyni məzmunu ehtiva edir.
İran bir amili isə yaddan çıxarır ki, Naxçıvan Azərbaycan və Türkiyənin ortaq təhlükəsizlik maraqları ideyalarını inkişaf etdirən coğrafiyadır və bura ideoloji müdaxilə imkanları belə Bakı ilə yanaşı Ankaranın əleyhinə də addım kimi qiymətləndiriləcək.