Ermənistana Ukrayna misalı
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
12:51 | 22 oktyabr 2025 | Çərşənbə
Məqaləyə 278 dəfə baxılıb
Şriftin ölçüsü
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Ukrayna Silahlı qüvvələri (USQ) dünən axşam Rusiyanın cənubundakı Bryansk bölgəsində yerləşən və Moskvanın apardığı müharibə üçün kritik hesab etdiyi kimya zavoduna hava hücumu həyata keçirdiyini açıqladı. Hücumda Fransa və Böyük Britaniya birgə istehsalı olan “Storm Shadow” raketlərindən istifadə olunub.
Vaxt.AZ xəbər verir ki, Ukrayna Baş Qərargahı “Telegram” kanalında verdiyi açıqlamada, “Rusiyanın hava müdafiə sistemini dəf edən, havadan buraxılan “Storm Shadow” da daxil olmaqla, müxtəlif silahlardan istifadə edilərək genişmiqyaslı raket və hava hücumu həyata keçirildi. Hücumun nəticələrini qiymətləndiririk”, – yazıb.
Baş Qərargah kimya zavodunu barıt, partlayıcı və raket yanacağı istehsal edən əsas obyekt kimi xarakterizə edib. “Reuters” isə bu xəbəri müstəqil mənbələrdən təsdiq edə bilməyib.
Rusiyanın Müdafiə Nazirliyi “Telegram” kanalında açıqlama verərək, hava hücumundan müdafiə qüvvələrinin dörd saat ərzində Bryansk səmasında 57 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini bildirib. Nazirlik, 2022-ci ilin fevralında başladığı müharibədə Ukraynanın hücumları ilə bağlı nadir hallarda açıqlama yayır.
Bryansk vilayəti qubernatoru Aleksandr Boqomaz isə “Telegram”da bildirib ki, Ukrayna səhər saatlarında bölgəyə PUA və raketlərlə hücum edib. Hücum zamanı zərəçəkən olmayıb və maddi ziyan qeydə alınmayıb.
***
Kiyev Hərbi İdarəsinin rəhbəri Timur Tkaçenko isə açıqlayıb ki, Rusiya bu səhər Ukraynanın paytaxtı Kiyevə hava hücumu həyata keçirib və nəticədə iki nəfər həlak olub. Rəsmi bildirib ki, ölümlərdən ən az biri Dniprovsky bölgəsində binanın 8-ci və 9-cu mərtəbəsində baş verən yanğın zamanı olub.
Digər Ukrayna rəsmiləri də Rusiyanın PUA-larla paytaxtı hədəf aldığını təsdiqləyiblər.