Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
00:51 | 21 fevral 2025 | Cümə
Məqaləyə 335 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
ABŞ administrasiyasının Ukraynanın NATO-ya üzv olmamalı olduğunu iddia etdiyi bir vaxtda Fransa prezidenti Emmanuel Makron “Heç kim deyə bilməz ki, Ukraynanın NATO və ya Avropa Birliyinin (AB) üzv olmaq hüququ yoxdur”, – deyib.
Makron sosial mediada açdığı canlı yayımda Ukrayna ilə bağlı sualları cavablandırıb.
Rusiyanın “Avropada seçkiləri manipulyasiya etməklə, Şimali Koreya əsgərlərini yerləşdirməklə, kiberhücumlar həyata keçirməklə və İranla əməkdaşlıq etməklə” Ukraynadakı müharibəni artıq “qloballaşdırdığını” iddia edən Makron Ukraynadakı sülh prosesinin Avropa üçün vacib olduğunu bir daha vurğulayıb.
“Biz sülh istəyirik, lakin Ukraynanın təslim olması anlamına gələn atəşkəs istəmirik”. Makron bu ifadədən istifadə edərək, bu məsələdə Rusiyanın xeyrinə heç bir güzəştə yol verilməməsi lazım olduğuna diqqət çəkib.
Rusiya ilə ABŞ arasında gərginləşən və Avropa dövlətlərinin masadan kənarda qalmaq istəmədiyi Ukrayna danışıqları ilə bağlı daha sərt bazarlıq edilməli olduğunu bildirən Makron, “Bunu ABŞ prezidenti Donald Trampa deyəcəyəm. Siz Putinə qarşı zəif ola bilməzsiniz. Bu, siz deyilsiniz, bu sizin parçanız deyil, bu, sizin xeyrinizə deyil. Putinə qarşı zəif olsanız, Çinə qarşı necə dayanacaqsınız?”, – deyib.
Digər tərəfdən, Ukraynada sülh şəraitinin Avropanın təhlükəsizliyi üçün vacib olduğunu və Rusiyanın başqa bir Avropa ölkəsinə hücum etməməsi üçün çəkindirici təhlükəsizlik tədbirlərinin görülməsi lazım olduğunu vurğulayan Makron, Ukraynanın Avropa Birliyi (AB) və NATO üzvlüyünə də toxunub.
“İndiki vəziyyətdə heç kimin Ukraynanın AB və ya NATO-ya üzv olmaq hüququ olmadığını deməyə haqqı yoxdur”, – deyə Makron bildirib.
Makronun açıqlamaları ABŞ administrasiyasının Ukraynanın NATO-ya üzv olmamalı olduğunu iddia etdiyi, Ukraynada sülh danışıqları ilə bağlı diplomatik təmasların artdığı, mümkün atəşkəs halında Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin Avropa dövlətlərinin gündəmində olduğu bir vaxta təsadüf edir.