
Avropada tütünə üsyan
Almaniya siqaretin qiymətlərini artırmağa hazırlaşır
Almaniya siqaretin qiymətlərini artırmağa hazırlaşır
Yeni nəsil nikotin məhsullarında 25 qat daha çox nikotin var
Həkimlər artımı səbəbini stress, yaxşı qidalanmamaq, spirtli içki və siqaretdə görür
Almaniya da açıq havada siqaret çəkməyi qadağan edir?
İngiltərədə elektron siqaret qadağası qüvvəyə minir
İyulun 1-dən sonra Fransada siqaret çəkilən yerlərin sayı azalacaq
Fransız senatora qaçaqmalçılıq ittihamı
Uşaqlar arasında elektron siqaretdən istifadə artır
Berlində qatar stansiyasında bir kişi siqareti qadının üzündə söndürüb
Siqareti atan qadın daha pisinə tutuldu, ağ ciyərləri iflas etdi
Demoqrafik problemlər hər bir ölkə üçün fərqlidir
Elektron siqaretlərin sağlamlıq üçün ciddi riskləri üzə çıxıb
Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb?
Qeyri neft sektorundakı artım, qara-qızıldakı itkidən iki dəfədən çoxdur
Başdan-ayağa sualdan ibarət statistika
Bir kvadratkilometrə 118 nəfər düşür
İsrail mediasının məlumatına görə, atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq, İsrail “HƏMAS” terror təşkilatının beş girovun cəsədini təhvil verməsini gözləyir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi 4,8 milyard manat olub. Dövriyyənin 2,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatı isə qeyri-ərzaq mallarıdır.
2025-ci ilin ilk ayında içkilər və tütün məmulatlarına 230 milyon manatdan çox pul xərclənib. Bu ümumi pərakənda ticarət dövriyyəsinin 4.7 faizidir. Ötən ilin yanvar ayı müqayisədə içkilər və tütün məmulatlarına 1,8 faiz daha çox pul sərf edilib.
DSK-nin pərakəndə ticarət üzrə təsnifatında alkoqollu içkilər deyil, içkilər və tütün məhsulları birlikdə götürüldüyü üçün spirtli içkilərə nə qədər vəsaitin xərcləndiyi tam aydınlaşmır. Amma aydındır ki, burada alkoqollu içkilər xüsusi paya malikdir. İçki və tütün məhsullarına xərclənən vəsaitin çoxalmasına qiymət artımları təsir göstərsə də, istehlak həcmi də xüsusi paya malikdir. Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içkilər və siqaretə xərcləyirlər.
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.5 litr olduğu halda, bunun 2030-cü ildə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır. Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə ixrac etmək daha faydalıdır.
Müqayisə üçün qeyd edək ki, spirtli içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsində payı Gürcüstanda 3.4, Türkiyədə 3.3, Özbəkistan 3.2, Qazaxıstanda 2.4, Türkmənistanda 2.2 faizdir. İnkişaf etmiş ölkələrdən isə İtaliya 4.2, Kanada 3.7, Almaniya 3.5, Böyük Britaniya 3.4,Çində 3.0, Yaponiyada 2.7, ABŞ-da 2.0 faizə malikdirlər. Spirtli içki və siqaretə ən çox üstünlük verən dövlətlər isə Laos (10.8 faiz), Serbiya (8.4 faiz), Bosniya və Hersoqovina (8.3%), Çexiya (8.2%), Belarus (7.7 faiz), Macarıstan (7.6 faiz), İndoneziya (7.4 faiz), Latviya (7.4 faiz) və Rusiyadır (7.3 faiz).