Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
14:54 | 20 avqust 2025 | Çərşənbə
Məqaləyə 395 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
Suriya Xarici işlər naziri Əsəd Həsən Şeybani, Fransada İsrailin Strateji işlər naziri Ron Dermer ilə görüş keçirib. Suriya dövlət kanalı “El-İhbariyye”yə danışan hökumət mənbəsi bildirib ki, nazir Şeybani və Kəşfiyyat Başçısı Hüseyn Selame Parisdə İsrail Strateji İşlər Naziri Dermer ilə görüşüblər.
Mənbə qeyd edib ki, görüş zamanı tərəflər Suriya torpaqlarının bütövlüyünə sadiqliklərini bir daha təsdiqləyiblər və ölkənin parçalanmasını hədəfləyən hər cür layihəyə qarşı olduqlarını vurğulayıblar. Həmçinin Süveyda əyalətinin Suriya üçün ayrıla bilməz bir parça olduğu və Dürzi vətəndaşların milli birliyin əsas elementi kimi görüldüyü qeyd olunub.
Görüşdə Cənubi Suriyadakı humanitar vəziyyət də müzakirə olunub. Mənbə bildirib ki, tərəflər Süveyda və Bədəviyə yönələn humanitar yardımların artırılması və çətin həyat şəraitinin yüngülləşdirilməsi barədə razılığa gəliblər.
“Ortaq səylər davam edəcək”
Mənbə əlavə edib ki, 1974-cü ildə imzalanmış atəşkəs müqaviləsinin yenidən effektiv şəkildə işləməsi üçün aydın bir mexanizmə ehtiyac duyulduğu görüşdə vurğulanıb. Bu mexanizmin məqsədi İsrailin Suriya torpaqlarına dair pozuntularının qarşısını almaq və bölgədə daha sabit bir mühit yaratmaqdır.
Görüş, cənubdakı gərginliyin azaldılması və bölgənin açıq münaqişəyə sürüklənməsinin qarşısının alınması istiqamətində ortaq səylərin davam etdiriləcəyi öhdəliyi ilə başa çatıb.
Dünən “Axios” xəbər saytının jurnalisti Barak Ravid sosial media hesabında İsrail Strateji İşlər Naziri Ron Dermerin Fransanın paytaxtı Parisdə Suriya XİN naziri Əsəd Həsən Şeybani və ABŞ-ın Ankara səfiri, Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak ilə görüşəcəyini paylaşmışdı.