
Qrenlandiya kiçilir və sürüşür
Günahkar iqlim dəyişikliyidir?
Günahkar iqlim dəyişikliyidir?
20 ildən sonra dünyanın ən güclü 10 pasportundan çıxdı
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Yaponiya və Tayvan birjaları rekord səviyyəyə çatdı
Valyuta bazarında statistikaya əsaslanan siqnallar
İndeks maliyyə nazirinin açıqlamasından sonra ilk dəfə 44 min xal səviyyəsini keçdi
“ABŞ Yaponiya mallarına tətbiq etdiyi gömrük vergisini azaldacaq”
Siyasi böhran və ABŞ vergilərinə baxmayaraq ...
Yaponiyada “Nikkei 225” güclü ÜDM və İşibanın istefası sonrası sıçradı
“Deportasiya qoxusunu sevirəm”
Yaponiya Baş naziri: “Bayrağın növbəti nəslə verilməsi lazım olduğuna inanıram”
Yaponiya avtomobil sənayesi səhmləri ABŞ-ın gömrük rüsumlarının azaldılması ilə bağlı xəbərin ardından artıb. Yaponiya Baş naziri Şigeru İşibanın ABŞ-ın avtomobil tariflərini mövcud 25 faiz səviyyəsindən 15 faizə endirdiyini açıqlamasından sonra yerli avtomobil istehsalçılarının səhmləri yüksəlişə keçib.
“Honda” səhmləri 8 faizdən çox artarkən, “Toyota” səhmləri təxminən 12 faiz bahalaşıb. “Nissan” səhmləri 8 faizi ötüb, Mazda Motor isə 17 faizdən çox dəyər qazanıb. “Mitsubishi Motors” səhmləri isə 13 faizdən artıq sıçrayış göstərib.
Bildirilib ki, açıqlamadan sonra Cənubi Koreyalı avtomobil istehsalçısı “Hyundai” səhmləri 6 faizdən çox yüksəlib. “Kia” səhmlərində isə 0,2 faiz artım müşahidə olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp əvvəlki açıqlamasında 26 mart tarixində bütün idxal edilən avtomobillərə 25 faiz gömrük vergisi tətbiq edildiyini bildirmişdi. Bu qərar 2 aprel tarixindən qüvvəyə minib.
Gömrük statistikasına görə, 2024-cü ildə Yaponiya tərəfindən ABŞ-a ixrac olunan avtomobillər ölkənin ümumi ixracatının 28,3 faizini təşkil edib.
***
Yaponiya avtomobil sənayesinin ABŞ bazarındakı rolu böyükdür və gömrük rüsumlarının azalması sektora ixracat artımı şəklində müsbət təsir göstərə bilər. Bu endirim, həmçinin Yaponiya avtomobil istehsalçıları ilə Cənubi Koreya və Çin kimi rəqiblər arasında rəqabəti daha da qızışdıracaq.
Digər tərəfdən, ABŞ-da avtomobil sənayesində istehsalın və iş yerlərinin qorunması məsələsi isə müzakirə mövzusu olaraq qalır və gələcək ticarət siyasətlərinin formalaşmasında həlledici ola bilər.