vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 11 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SOSİAL  
İngiltərədə qaçaq ət skandalı 11:20 | 11 sentyabr 2025 | Cümə axşamı Məqaləyə 82 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İngiltərədə qaçaq ət skandalı

Ölkədə bakteriya, virus və parazit mənşəli qida zəhərlənmələri təhlükəsi ciddiləşib

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

İngiltərə 2013-cü ildəki at əti skandalından bəri ən böyük qida təhlükəsizliyi böhranı ilə üzləşib. Yaxınlarda yayımlanan bir hesabat ölkəyə böyük miqdarda qaçaq və sağlamlığı riskli ət məhsullarının gətirildiyini ortaya qoyub.

Hesabata görə, yalnız keçən il 235 ton potensial təhlükəli heyvan məhsulu qaçaq yollarla İngiltərəyə gətirilib. Bu məhsullar, təşkilatlı cinayət qrupları tərəfindən hava limanları, limanlar və Kanal Tuneli vasitəsilə nəqliyyat vasitələrində daşınıb.

Məhsulların əksəriyyəti soyudulmamış, gigiyena qaydalarına uyğun olmayan şəraitdə ölkəyə daxil olub və kifayət qədər keyfiyyət yoxlamasından keçmədən bazara çıxarılıb. Bu isə əhalini ciddi bakteriya, virus və parazit mənşəli qida zəhərlənmələrinə açıq vəziyyətə gətirir.

Avropada baş verən bu epidemiyalar səbəbindən bu il İngiltərə turistlərinin Avropadan ət və pendir kimi məhsullar gətirməsi qadağan edilib.

“Daily Mail”də yayımlanan hesabata görə, qaçaq yollarla gətirilən ət məhsullarının çoxu karton qutular, plastik torbalar və pozulmuş dərin dondurucular içində daşınıb. Hətta bir liman işçisi, bir çamadanın içində bütün bir donuzun budlarının kəsilmiş olduğunu tapdıqlarını bildirib.

Liberal Demokrat deputatı Əlistair Karmiçil (Alistair Carmichael) vəziyyəti belə izah edib:

“Gün ərzində gigiyena qaydalarına uyğun olmayan, bildirilmemiş və soyudulmamış ətlə dolu avtomobillər limanlarımızdan keçərək İngiltərəyə daxil olur. Bu, 2013-cü ildəki at əti skandalından bəri yaşanan ən böyük qida təhlükəsizliyi böhranıdır.”

Karmiçil həmçinin sap xəstəliyi kimi böyük heyvan xəstəlikləri epidemiyalarına diqqət çəkib. Almaniyada bu il aşkar olunan bir sap xəstəliyi hadisəsinin ehtimal ki, qaçaq ətdən qaynaqlandığı və ölkə iqtisadiyyatına 1 milyard avroya mal olduğu bildirilib.

Mart ayında “Dover” Limanına edilən ziyarətdə, qəzet və plastik torbalara bükülmüş, karton qutular içində daşınan ətlərin olduğu avtomobillər yoxlanılıb. Limandakı sərhəd nəzarət sahələrində isə təmizlik, dezinfeksiya və əl yuma imkanlarının yetərsiz olduğu aşkar edilib.

Bildirilir ki, bu qanunsuz məhsullar yalnız şəxsi istifadə üçün deyil, satış məqsədilə də ölkəyə gətirilir. Ətlərin, mədəni seçimlər və həyat xərclərinin artması səbəbindən bazarlara, restoranlara və ev süfrələrinə qədər çatdığı vurğulanıb.

İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyindən (UKHSA) verilən digər xəbərdarlıqda isə 2025-ci ildə Listeriya, E. coli, Salmonella və digər bakterial infeksiyaların sürətlə artdığı qeyd olunub.

Listeriya yoluxmaları son beş ilin orta göstəricisinə görə 13% artıb. Salmonella hadisələri isə 2025-ci ilin ilk üç ayında son iki ilə nisbətən yüksəlib.

Salmonella xüsusilə ət, toyuq və yumurta məhsullarında müşahidə olunur. Adətən bir neçə gün davam edən hərarət və ürəkbulanma ilə nəticələnsə də, yaşlılar və immuniteti zəif şəxslər üçün ölümcül ola bilər.