vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 1 dekabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
““COVİD” kimi yayılır” 12:22 | 15 oktyabr 2025 | Çərşənbə Məqaləyə 292 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

““COVİD” kimi yayılır”

Avropada heyvanlar arasında təhlükəli epidemiya

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada xüsusilə fermalardakı heyvanlara təsir edən yoluxucu xəstəlik yayılmağa başlayıb. Mütəxəssislər, xəstəliyin sürətlə yayılması və təsir dairəsinin genişliyi səbəbindən “Covid”lə eyniləşdirilir.

Vaxt.AZ yerli mediaya istinadən xəbər verir ki, epidemiya əsasən inəklər, qoyunlar və keçilər arasında yayılır. Xəstəlik Bavyariya əyalətinin Dinqolfinq-Landau bölgəsində aşkar edilib. Rəsmilər hadisənin ciddiliyini təsdiqləyərək, xüsusilə buzovların tələf olması və heyvanların dillərində mavi rəng dəyişikliklərinin müşahidə olunduğunu bildiriblər.

Mütəxəssislər bu heyvan xəstəliyinin insanlara keçmədiyini xüsusilə vurğulayır. Ət, süd və süd məhsullarının istehlakı ilə bağlı hər hansı sağlamlıq riski yoxdur. Hazırda qida təhlükəsizliyi qorunmuş hesab olunur.

Xəstəliyin heyvandarlıq sektoruna iqtisadi təsiri və görüləcək tədbirlər qarşıdakı günlərdə dəqiqləşəcək.