
“F-35“lər Çin sərhədinə toplanır
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
ABŞ 17 ildən sonra müttəfiqinə nüvə silahı ölkəyə göndərdi
Bütün göstəricilər üzrə 0.2 faiz artım var
“Elgin Mərmərləri” mübahisəsi yenidən qızışdı
Mişel Obama boşanma dedi-qodularını alovlandırdı
Nobel mükafatı laureatı fizik Hollandiya vətəndaşlığından məhrum edilib
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Hindistanda qapalı qalan reaktiv təyyarənin sirri nədir?
Qatil tibb bacısı istintaqında 3 yeni həbs
TikTok trendinə qatılan 12 yaşlı uşaq dünyasını dəyişib
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Xəstəxanaya kiberhücum xəstənin ölümünə səbəb olub
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
İngiltərə, Fransa və Almaniyadan İrana xəbərdarlıq
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Britaniya alimlərinin müəyyən etdiyinə görə, qoyunların insan sifətlərini tanımaq qabiliyyəti var. Belə ki, keçirilən təcrübədə iştirak edən qoyunlar kinoulduzlar Ceyk Gillenhal (Jake Gyllenhaal) və Emma Uatson (Emma Watson), ABŞ-ın keçmiş prezidenti Barak Obama (Barack Obama) və BBC televiziyasının aparıcısı Fiona Bryusu (Fiona Bruce) fotolarından tanıya bilib.
Keçirilmiş təlimdən sonra qoyunlar təqdim olunan müxtəlif şəkillərdən onlara tanış olanları seçməyə üstünlük verib.
Bu isə, alimlərə görə, qoyunların da, primatlar kimi, sifətləri tanımaq qabiliyyətinə malik olduğunu sübut edir.
Bundan əvvəlki təcrübədə qoyunların onlara tanış olan digər qoyunları və eləcə də onlara qulluq edən işçiləri üzdən tanıya bildikləri aşkar edilmişdi.
Təcrübələr 8 qoyun üzərində keçirilib.
Onlara bir neçə şəkildən tanış olan sifəti seçmək imkanı verilib.
Fotolar qoyunlara iki kompüter ekranında nümayiş etdirilib.
Düz seçim etdiyi təqdirdə, qoyun yemlə mükafatlandırılıb.
Təcrübə zamanı qoyunlara şəkillər müxtəlif bucaqdan da göstərilib, buna baxmayaraq, qoyunlar hər dəfə düzgün seçim ediblər.
Tədqiqatçılar indi qarşılarına yeni bir məqsəd qoyub - onlar, qoyunun, insanın sifətindəki ifadələri fərqləndirməyə qadir olub-olmadığını aydınlaşdırmağa çalışacaqlar.
Alimlər ümid edir ki, keçirilən tədqiqatların nəticələri Parkinson xəstəliyi və Hantinqton xəstəliyi kimi sinir tənəzzülü xəstəliklərini daha yaxşı anlamağa imkan yarada bilər.
Tədqiqatın nəticələri London Kral Cəmiyyətinin «Open Science» elmi dərgisində dərc olunub.