vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 10 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
KİNO-TEATR  
Obama daha bir “Emmy” qazandı 14:11 | 9 sentyabr 2025 | Çərşənbə axşamı Məqaləyə 161 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obama daha bir “Emmy” qazandı

Bu sabiq prezidentinin eyni nominasiyadan üçüncü mükafatı oldu

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın sabiq prezidenti Barak Obama, “Okeanlarımız” sənədli filmindəki səs anlatımı ilə 77-ci Yaradıcı Sənətlər “Emmy” Mükafatlarında “Ən yaxşı anlatım” nominasiyasında mükafat qazandı. Obama bundan əvvəl 2022 və 2023-cü illərdəki sənədli layihələri ilə də “Emmy”yə layiq görülmüşdü.

ABŞ-ın sabiq prezidenti Barak Obama üçüncü dəfə Emmy mükafatını əldə etdi. 77-ci Yaradıcı Sənətlər “Emmy” Mükafatlarında “Ən yaxşı anladıcı” nominasiyasında Sir Devid Atenboro, Idris Elba, Tom Henks və Fibi Voller-Bridc kimi namizədləri qabaqlayan sabiq prezident “Okeanlarımız” sənədli filmindəki səs anlatımı ilə mükafata layiq görüldü.

Həftə sonu Los-Ancelesdə keçirilən mükafat mərasiminə qatılmayan Obama adından mükafatı komediyaçı Cordan Klepper qəbul etdi. Obama daha əvvəl 2022-ci ildə “Böyük milli parklarımız” və 2023-cü ildə “İşləmək: Bütün gün nə edirik” adlı sənədli seriyalarda verdiyi səs anlatımı ilə mükafatı qazanmışdı.