
“Narkotik ticarətini dayandıracaq”
Fransalı nazir nağd pulu tamamilə ləğv etmək istəyir
Fransalı nazir nağd pulu tamamilə ləğv etmək istəyir
İnsan alverində günahlandırlan “Puff Daddy”bi ən azı 15 il həbs cəzası gözləyir
Avropa kokain mərkəzinə çevrilir, ağ ölüm Türkiyədə də yayılır
Marixuananın tüstüsündən başgicəllənməyə tutulan 25 min insan hallüsinasiya görür
Hollandiyada nəhəng narkotik əməliyyatı
Almaniya polisi 7 nəfərdən ibarət şəbəkənin 7 min nəfərlik müştəri siyahısını tapıb
3 ayrı-ayrı şəxslərin eyni ortaq nöqtəsi olub – Banqkok-Doha reysi
Heroin bazarında qıtlıq sintetik narkotik maddələrə tələbatı artırır
Mağazaya və restorana avtomatla basqın, həbsxanaların güllə-baran edilir, maşınlar yandırılır
Hamburqda 3 qardaşın həbsi zamanı 40 min saxta “Viagra” və narkotik maddə ələ keçirildi
Hollandiyada ağrı kəsici yerinə narkotik göndərilən 30 yaşlı adam ölüb
AB-də ən çox istifadə edilən narkotik hansıdır?
Anklav ərazidə tapılan, dərinliyi 12 metr yeraltı keçidin uzunluğu müəyyən olunmayıb
Mafiya müharibələrində ölkə qan gölünə çevrildi
Meksika prokurorluğu narkotik kartelinin 11 üzvünə maksimum cəza verdi
Tərkibində metamfetamin olan konfet payladılar
“Diddy” ləqəbli reper Şon Kombsun keçmiş şəxsi köməkçisi Deyvid Ceyms bugünlərdə verdiyi fadəsində hip-hop ulduzunun ABŞ-ın keçmiş prezidentin bənzəri ekstazi həbləri aldığını söylədi.
“Diddy”nn keçmiş köməkçisi rüsvay olmuş musiqi maqnatının gündəlik narkotik qarışığına Barak Obamnın başına bənzəyən ekstazi həbləri var.
2007-2009-cu illərdə Kombsla bir yerdə işləmiş Deyvid Ceyms, keçmiş müdirinin istifadə etdiyi iddia edilən narkotiklər haqqında ifadə vermək üçün üç gün əvvəl reperin federal seks alveri məhkəməsində şahid kürsüsünə çıxıb.
“Müxtəlif həblər var idi, amma biri keçmiş prezidentin sifətinin formasında idi”, – Ceyms prokuror Kristi Slavikə deyib.
Slavikin, “Hansı keçmiş prezident” – sualına, Ceyms, “Prezident Obama”, – deyə cavab verib.
“Diddy”nin narkotik istifadəsi və həddindən artıq dozası ona qarşı federal işin bir hissəsidir. Musiqi maqnatı seks alveri işində bir sıra ittihamlarla üz-üzədir. İddiaya görə, Diddi illərlə davam edən sui-qəsdin bir hissəsi olaraq cinsi istəklərini təmin etmək üçün qadınlara təcavüz edib və onları zorlayıb. Nyu-Yorkda davam edən məhkəmə prosesinin bir neçə həftə davam edəcəyi gözlənilir.
Ceyms, Kombsun hoteldə qaldığı zaman vanna otağı çantasında “Percocet”, “ecstasy”, “Viagra”, arıqlama həbləri və sperma artıran əlavələr kimi dərmanlar olan 25-30 həb şüşəsi daşıdığını söyləyib.
Keçmiş müdirinin narkotik istifadə etdiyini nə qədər tez-tez gördüyünü soruşduqda, Ceyms, Kombsun iş görüşmələri zamanı narkotikin təsirində olduğunu iddia edərək, “Hər gün deyərdim”, – deyib.
Ceyms, “Frank Black” ləqəbi ilə Kombs üçün hotel otaqları sifariş etdiyini və onun tapşırıqlarını yerinə yetirmək və əşyaları götürmək üçün məsuliyyət daşıdığını deyib. O, həmçinin Kombsdan alma sousu, “Jello” və “Fici” suyu gətirmək tapşırığı alıb.
Hökumət, həmçinin üç gün əvvəl Kessinin anası Recina Ventura və “Cəzalandırıcı” kimi tanınan ekzotik rəqqasə Şaray Hayesi də məhkəməyə çağırıb. “Diddy”nin uzun müddətdir sevgilisi olan Kessi Ventura əvvəllər məruz qaldığı zorakılığa dair ifadə verib.
Recina Ventura “Diddy” tərəfindən törədildiyi iddia edilən xəsarətlərin fotolarını necə çəkdiyini ətraflı izah edib.
Münsiflər heyəti fotoşəkilləri araşdırarkən Recina Ventura, “Bədəni əzilmişdi və onu yazmaq istədim”, – deyib.
Kessinin anası həmçinin bildirib ki, “Diddi” onun Kessi Ventura ilə olan seks kasetini yaymaqla hədələyib və bunu gizli saxlamaq üçün 20 min dollar tələb edib. Recina Ventura qızının təhlükəsizliyindən “qorxduğu”na görə pulu ödəmək üçün kredit götürdüyünü deyib.
“Evimizi girov qoymuşuq, pulu ancaq bu yolla tapa bilərdik” dedi.