vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 5 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
MƏHKƏMƏ, İSTİNTAQ  
Məhkəməyə qədər həbsdə qalacaq 18:42 | 5 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 158 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məhkəməyə qədər həbsdə qalacaq

Şon Kombsun zaminə buraxılma müraciəti rədd edildi

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

Tanınmış rep ifaçısı və musiqi prodüseri “Diddy” ləqəbli Şon Kombs, haqqında çıxarılan son hökmə əsasən, oktyabrda keçiriləcək məhkəmə iclasına qədər həbsdə saxlanılacaq. Məhkəmə onun sonuncu girovla azadlığa buraxılma tələbinə mənfi cavab verib.

Vaxt.az xəbər verir ki, 55 yaşlı Kombs ötən ilin sentyabrından bəri həbsdə saxlanılır. Ona qarşı federal səviyyədə irəli sürülən ittihamlar arasında keçmiş partnyorlarını narkotik maddələrin təsiri altında olan kişi seks işçiləri ilə cinsi əlaqəyə məcbur etmək, bu anları izləyib videoçəkiliş aparmaq kimi ağır ittihamlar da var.

Ötən ay açılmış cinayət işində Şon Kombs “mütəşəkkil cinayət” və “insan alveri” maddələri üzrə bəraət alsa da, fahişəliklə əlaqəli iki ayrı maddə üzrə təqsirli bilinib.

Hakim Arun Subramanian, rep ifaçısının təklif etdiyi 50 milyon dollarlıq girovu rədd edərək bildirib ki, Kombs nə qaçma riski olmadığını sübut edə bilib, nə də hökm verilmiş şəxs üçün azadlıq istisnasını əsaslandıracaq “fövqəladə vəziyyət” göstərə bilib.

Hakim qərarında qeyd edib: “Müdafiənin gətirdiyi arqumentlər, əgər məsələ sadəcə fahişəliklə məhdudlaşsaydı maraqlı ola bilərdi. Lakin mövcud sübutlar zorakılıq, məcburiyyət və itaət etdirmə hallarını da ehtiva edir.”

Kombsun aldığı hökm ona 10 ilədək həbs cəzası verilməsi ehtimalını doğurur. Lakin ABŞ-ın federal məhkəmə sistemində cəza təyin edilərkən mürəkkəb və bağlayıcı olmayan cəza təlimatları tətbiq edilir. Prokurorlarla Kombsun vəkilləri bu təlimatların onun işi üçün necə tətbiq olunacağı barədə razılığa gələ bilmirlər.

Buna baxmayaraq, hakim Subramanianın cəzanın təyini ilə bağlı geniş səlahiyyəti qalır.

Məhkəmə qərarından sonra müdafiə tərəfi Kombsun bəraət aldığı maddələrin onun saxlanmasının əsaslarını zəiflətməli olduğunu iddia edərək, oktyabrda keçiriləcək məhkəməyə qədər onun girovla sərbəst buraxılması üçün dəfələrlə müraciət edib. Digər oxşar işlərdə, məhkəməyə qədər şəxslərin azadlıqda olduğu halları da misal çəkiblər.

 

Tramp: “Bir növ yarı günahsızdı”

 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Newsmax kanalına verdiyi müsahibədə Kombs haqqında danışarkən onu “bir növ yarı günahsız” adlandırıb, lakin onun prezident tərəfindən əfv edilməsinin “çətin göründüyünü” deyib.

Tramp, aparıcı Rob Finnertiyə deyib: “Əslində, məncə, o bir növ yarı günahsız sayılır. Hələ də həbsdədirmi, bilmirəm, amma hansısa bir zəfəri qeyd edirdi. Baxmayaraq ki, bu zəfər o qədər də böyük deyildi”.

Kombsun əfv ediləcəyi ilə bağlı suala cavabında Tramp bildirib ki, onunla əvvəllər “çox yaxın” münasibətləri olub və yaxşı anlaşdıqlarını xatırlayıb. Tramp 2012-ci ildə yayımlanan “The Apprentice” proqramında Kombs üçün “yaxşı dostumdur” ifadəsini işlətmişdi.

Bununla belə Tramp əlavə edib: “Amma mən prezidentliyə namizədliyimi irəli sürdükdə, o mənə qarşı çox aqressiv oldu. Bu işlər çətindir, elə deyilmi? Axı biz də insanıq. Bəzən şəxsi münasibətlər qərarlarımızı təsir altında qoya bilər. Əvvəlcə tanıyırsan, münasibətlər yaxşı olur, sonra namizəd olursan, o isə sənin əleyhinə çıxışlar edir. Bu da qərarı verməyi daha çətinləşdirir”.