
“Diddy” işi böyüməsi məşhurları narahat edir
Məhkəmədə adları çəkilməsindən ehtiyat edən tanınmışlar özlərinə vəkil tutub
Məhkəmədə adları çəkilməsindən ehtiyat edən tanınmışlar özlərinə vəkil tutub
Məşhur reper həbsdəki Şon Kombsun cinayətləri haqqında film çəkmək istəyir
Qremmi mükafatlı reper “Kid Cudi” seks alverində ittiham olunan “Puf Dadidy”ni Marvel canilərinə bənzədib
Bir neçə ağır cinayətdə ittiham olunan “Diddy”nin məhkəməsində şok etiraf
Bir neçə ağır cinayətdə ittiham olunan “Diddy”nin məhkəməsində şok etiraf
Bir neçə ağır cinayətdə ittiham olunan “Diddy”nin məhkəməsində şok etiraf
Bir neçə ağır cinayətdə ittiham olunan “Diddy”nin məhkəməsində şok etiraf
ABŞ-da məşhur reper Şon Kombs barəsində “seks alveri” ittihamı ilə məhkəmə prosesi başlayıb. Manhettendə münsiflər heyətinin seçimi başa çatdıqdan sonra başlayan məhkəmə prosesində “Diddy” və “Puff Daddy” ləqəbləri ilə tanınan reper “seks alveri”ndə ittiham olunur.
Şantaj, adam oğurluğu, zorakılıq, cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq kimi bir sıra ittihamları əhatə edən “Diddy” cinayətləri ABŞ mətbuatında “ikinci Epistein hadisəsi” kimi şərh edilir.
Prokurorlar “Diddy”nin fəaliyyətinin “cinayət təşkil etdiyini” və cinayətləri yaxın ətrafının köməyi ilə törətdiyini bildiriblər.
“Diddy”nin vəkillərindən Teni Geraqos, reperin “məişət zorakılığı”nda iştirak etdiyini, lakin “seks alveri” ilə məşğul olmadığını iddia etdi.
***
Amerikalı reper günlərlə davam edən və cinsi təcavüzlərin qeydə alındığı iddia edilən şənliklər təşkil etməkdə ittiham olunur. İddiaçı vəkili Toni Buzbi, Şon Kombs tərəfindən cinsi təcavüzə və zorakılığa məruz qaldıqlarını söyləyən 120 nəfəri təmsil edir.
Kombs “Freak Offs” təşkil etməkdə və insanları onunla cinsi əlaqəyə məcbur etməkdə ittiham olunur.
***
Reper və prodüser Diddi 2024-cü il sentyabrın 16-da seks alveri, məcburi əmək, adam oğurluğu, narkotik maddə saxlamaq, rüşvətxorluq və ədalət mühakiməsinə mane olmaq ittihamları ilə həbs edilib.
İddianamədə Kombsun qurbanlara qarşı “iqtisadi, psixoloji, şifahi və fiziki zorakılıq törətdiyi” qeyd edilib.
Məşhur reperin seks şənliklər keçirdiyi evində aparılan axtarışlar zamanı narkotik vasitə ələ keçirilib. Təqsirli bilinərsə, Kombs minimum 15 il və maksimum ömürlük həbs cəzası ala bilər.