“Birdən uşaq yesəydi?”
Fransada çörəyin içindən çıxan qorxutdu
19:54 | 22 iyun 2025 | Bazar
Məqaləyə 292 dəfə baxılıb
Şriftin ölçüsü
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
“Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
Əvvəl partlayış baş verib, sonra atışma olub
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransanın Voklüz bölgəsindəki Qoult kəndində toy mərasimindən sonra 4 maskalı hücumçu avtomobilə atəş açaraq gəlini öldürüb, bəyi və 13 yaşlı uşağı isə ağır yaralayıb. Hadisənin narkotiklə bağlı qarşıdurma ola biləcəyi ehtimal edilir.
Bu gün gecə saat 04:30 radələrində Fransanın Luberon bölgəsindəki Qoult kəndində baş verən hadisə bütün ölkədə böyük müzakirələrə səbəb olub. Yeni evlənən cütlük və övladları toy mərasimindən sonra avtomobillərinə minərkən 4 maskalı şəxsin hücumuna məruz qalıb.
Hadisə zamanı gəlin həyatını itirib, bəy və 13 yaşlı uşaq isə ağır yaralanıb. Avtomobildə olan cütlüyün qohumu olduğu deyilən qadın yüngül yaralanıb. Toydan çıxmağa hazırlaşarkən baş verən hücum kiçik kəndin əhalisini şoka salıb.
***
Hücum edənlərdən biri, çox güman ki, bəyin idarə etdiyi avtomobilin vurması nəticəsində hadisə yerində ölüb. Onun bədənində güllə izləri də aşkarlanıb. Digər üç hücumçu isə hələ də gizlənir və jandarm tərəfindən genişmiqyaslı əməliyyat çərçivəsində axtarılır. Bölgəyə yüzdən çox təhlükəsizlik işçisi göndərilib, bir helikopter də axtarış işlərinə cəlb edilib.
***
Avignon prokurorluğunun verdiyi açıqlamada, hücumun narkotiklə bağlı qarşıdurma ola biləcəyi qeyd edildi. Bəyin əvvəllər cinayət təşkilatına üzv olmaq və narkotik alveri ilə bağlı kriminal keçmişi var.
İstintaq Marsel Jandarma İstintaq Bölməsi tərəfindən aparılır. Cütlüyün Kavaillon şəhərindən gəldikləri və həftə sonu Qoultdakı şadlıq sarayı icarəyə götürdükləri öyrənilib.
***
Bu gün səhər, bu hadisədən iki saat sonra Avinyondakı Cap Sud ticarət mərkəzində növbəti silahlı hücum baş verib. Bu hadisədə 20 yaşlarında bir kişi həyatını itirib, daha bir nəfər isə yaralanıb. Hadisə yerinə yaxın olan yanacaqdoldurma məntəqəsi istintaqın diqqət mərkəzindədir.
Polis mənbələri hesab edir ki, bu ikinci hücum həm də narkotiklə əlaqəli qarşıdurma olub. Bununla belə, səlahiyyətlilər indiki mərhələdə iki insident arasında birbaşa əlaqənin olmadığını bildiriblər.
***
36 yaşlı kişi ötən ay, mayın 8-də Avignonda bir barın qarşısında narkotiklə əlaqəli başqa bir hücumda öldürüldü. Artan zorakılıq göstərir ki, xüsusən də Fransanın cənubunda narkotiklərlə əlaqəli proseslər getdikcə ölümcül olur.