vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 23 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
İran bundan sonra nə edə bilər? 19:19 | 22 iyun 2025 | Bazar Məqaləyə 19 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran bundan sonra nə edə bilər?

ABŞ həm hücum edib, həm də mümkün cavab tədbirləri ilə hədələyib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsraildən sonra ABŞ-ın da hədəfi olan İran yerdə cavab planı hazırlayarkən dünyanı beynəlxalq hüquqa zidd olduğunu iddia etdiyi hücumları pisləməyə çağırır.

“The Guardian”ın dünya xəbərləri üzrə redaktoru Culian Borger Tehranın nə edə biləcəyini dəyərləndirib.

İranın qisas almaq üçün çox variantının olmadığını bildirən Borger, Donald Trampın son hücumlardan sonra “Truth Social” hesabında verdiyi aşağıdakı açıqlamanı xatırladıb: “İranın Birləşmiş Ştatlara qarşı hər hansı cavab tədbiri bu gecə müşahidə ediləndən qat-qat böyük güclə qarşılanacaq”.

Həmçinin xatırladılıb ki, ABŞ prezidenti həftə ərzində İranın ali dini lideri Ayətullah Əli Xamneyiyə "Biz onun harda gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir. Biz onu ən azı indi yox etməyəcəyik", – dediyi xatırladılıb.

İran rəsmiləri ABŞ-ın Yaxın Şərqdəki gəmilərini və hərbi bazalarını hədəf alacaqları ilə hədələyib, eyni zamanda, Vaşinqton da bölgədəki hava hücumundan müdafiə və dəniz qüvvələrini gücləndirib.

Böyük Britaniya qəzetinin təhlilində Tehranın “Müqavimət oxu” variantı da nəzərdən keçirilib.

Ötən il İsrailin böyük zərbə endirməsindən sonra “Hizbullah”ın Livandakı raket ehtiyatının xeyli azaldığı bildirilib.

İraqda fəaliyyət göstərən “Kətaib Hizbullah”ın ABŞ maraqlarını hədəfə alacağı ilə hədələdiyi və təşkilatın ABŞ bazalarının vurula biləcəyini xüsusi olaraq qabardılıb.

ABŞ-ın Yaxın Şərqdə ən azı 19 bazası var və onlardan 8-i daimidir.

Culian Borger Qəzza müharibəsindən sonra Qırmızı dənizdə gəmiçiliyi çətinləşdirən Husilərin adını da xatırladıb.

May ayında ABŞ-la atəşkəsi təsdiqləyən təşkilatın son hücumlardan sonra hərəkətə keçə biləcəyi ifadə edilib. Vaşinqtonun Yəməndə yerləşən təşkilata cavabının sərt ola biləcəyi iddia edilib.

Təhlildə həmçinin vurğulanıb ki, İran Fars körfəzini Oman dənizinə birləşdirən Hörmüz boğazını bağlamaqla dünyanın neft və mayeləşdirilmiş təbii qaz təchizatını poza bilər. Bunun ABŞ-da neftin qiymətinin və inflyasiyanın artmasına səbəb ola biləcəyi vurğulanıb.

Mümkün mənfi nəticələr arasında Tehranın bu varianta əl atmasının öz iqtisadiyyatına da zərbə vuracağı və Körfəz ərəb ölkələrinin reaksiyasına səbəb olacağı qeyd edilib.

Məqalə İranın xarici işlər naziri Abbas Araqçının ABŞ-ın hücumundan sonra “Bu səhər baş verənlər qəbuledilməzdir və daimi nəticələrə səbəb olacaq” açıqlamasının Tehranın qisas soyuq yeyilərkən ən yaxşı yeməkdir yanaşmasını qəbul edə biləcəyini göstərdiyi şərhi ilə yekunlaşıb.

İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.

Bu hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 10-dan çox nüvə alimi öldürülüb.

İranın Səhiyyə Nazirliyi iyunun 21-də İsrailin hücumlarında mülki vətəndaşların ümumi sayının 430, yaralıların sayının isə 3500-dən çox olduğunu açıqlayıb.

İsrail Baş Nazirlik İdarəsi İran ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 24 nəfərin öldüyünü, 1272 nəfərin yaralandığını bildirib.

Nəhayət, ABŞ prezidenti Donald Tramp səhər saatlarında “Truth Social” hesabında “İrandakı üç nüvə obyektinə son dərəcə uğurlu hücumumuzu başa çatdırdıq”, – deyib və bombardmanda iştirak edən təyyarələrin İran hava məkanını tərk etdiyini açıqlayıb.

Üç nüvə obyektinin “tamamilə dağıdıldığı” bu əməliyyatı dünyada heç bir başqa ordunun həyata keçirə bilməyəcəyini iddia edən Tramp açıqlamasını “indi sülh vaxtıdır” sözləri ilə yekunlaşdırıb.