vaxtlı-vaxtında oxuyun! Cümə, 13 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
OLAY  
Daha bir uşaq komaya düşdü 11:14 | 12 iyun 2025 | Cümə axşamı Məqaləyə 25 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir uşaq komaya düşdü

Hollandiyada “Haribo” konfetindən qurbanları artır

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Hollandiyada “Haribo”nun marixuana qarışmış konfeti ilə bağlı daha bir 9 yaşlı uşağın komaya düşdüyü məlum olub. Polis araşdırmalarını dərinləşdirib.

Hollandiyada may ayının sonunda “Haribo” markalı konfetdə marixuana tapıldıqdan sonra təxminən eyni vaxtda daha bir uşağın komaya düşdüyü məlum olub. Noord Holland polisi hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Bənzər bir vəziyyətdə, başqa bir azyaşlı bir neçə gün əvvəl komaya düşmüşdü.

“RTL News”un verdiyi məlumata görə, hadisə mayın 23-də Zeeland bölgəsində yaşayan doqquz yaşlı uşağın qəfildən xəstələnməsi ilə başlayıb. Uşaq qəflətən qarın və baş ağrıları, davamlı huşunu itirmə və ağlama hiss etməyə başlayanda ailə ilk yardım qruplarını çağırıb. Hadisənin ciddiliyi ilə əlaqədar evə gələn tibb işçiləri travma helikopteri çağırıb və uşaq təcili olaraq Qoes şəhərindəki xəstəxanaya aparılıb. Orada aparılan beyin skanında onun şikayətlərinə səbəb ola biləcək heç bir tapıntıya rast gəlinməyib. Sonra uşaq Rotterdamdakı daha təchiz olunmuş “Sophia” Uşaq Xəstəxanasına köçürülüb.

Qəzetə açıqlama verən ana uşağın xəstələndiyi gün çöldə oynadığını, gün ərzində yalnız babası və bibisi ilə olduğunu bildirib. Ana hadisədən sonra dərhal polisə zəng edərək vəziyyəti xəbər verdiyini, çünki bu şəxslərin qəti şəkildə narkotik istifadə etmədiyini bildiyini bildirib.

Ananın “RTL Nieuws”a verdiyi məlumata görə, uşaq üç gün komada qalıb. Xəstəxanada aparılan analizlərdə uşağın sidiyində marixuana izləri aşkar edilib. Vəziyyəti yaxşılaşan uşaq mayın 26-da evə buraxılıb.

Mayın 29-da Hollandiya Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı (NVWA) “Haribo” markalı konfetdə sirr aşkarlandığını açıqladı. Tvente bölgəsində iki uşaq və bir yetkinin bu məhsula görə xəstələndiyi bildirilib və qurum ictimaiyyətə sözügedən məhsulun istehlak edilməməsi ilə bağlı xəbərdarlıq edib.

Ailə mayın 29-da “Haribo”nun məhsulunun geri çağırılması ilə bağlı elanı gördükdən sonra hadisəni evdə tapılan konfetlərlə əlaqələndirdiklərini bildirib. Ailənin dediyinə görə, bu konfetlər də evdə olub.

***

Bir neçə uşaq və bir yetkin iki həftə əvvəl marixuanalı “Haribo” konfetini yedikdən sonra xəstəxanaya yerləşdirilmişdi. Hengelo və Almelo xəstəxanalarına aparılan iki azyaşlı uşaqdan biri komaya düşmüşdü.

Sözügedən məhsul kilo paketlərində satılan və istifadə müddəti 2026-cı ilin yanvarında olan “Haribo”nun “Happy Cola F!ZZ” partiyalarından biridir. Şirniyyat istehsalçısı “Haribo”nun təşəbbüsü ilə geri çağırma yalnız istehsal kodu “L341-4002307906” olan paketlərə aiddir.

Hadisələrdən sonra “Haribo” konfetləri Hollandiya, Belçika və Lüksemburqdakı istehlakçıları sözügedən məhsulları geri qaytarmağa çağırıb.