
ABŞ-ın “qiyamət təyyarəsi” yenidən görünüb
“E-6B Mercury” Atlantik okeanı üzərindən uçurmuş
“E-6B Mercury” Atlantik okeanı üzərindən uçurmuş
Təyyarənin mühərrikinə sovruldu
Sərnişinlər qanaddan üstünə atılıb qaçdılar
1100-dən çox reys ləğv edilib
20 faiz və ya 4 litr
Hindistanda qapalı qalan reaktiv təyyarənin sirri nədir?
Sərnişinin telefonuna gələn mesaj təyyarəni təcili eniş etməyə məcbur etdi
Tətil səbəbindən bəzi uçuşlar təxirə salınıb
Təyyarəmizi vurmaq əmrini rus ordusunun zabiti Dmitri Paladiçuk verib
İndoneziyalı pilotlar fəlakətin qarşısını aldı
Zavodun fəaliyyəti 90 gün müddətinə dayandırılacaq
Hindistandakı qəza ilə bağlı araşdırma genişlənir
Panika təcili enişə səbəb oldu
Son 10 ilin ən ölümcül qəzası ilə bağlı həqiqətlər ortaya çıxır
Berlinə uçan təyyarədən tüstü qalxır
Uçuş zamanı təyyarənin mühərrikindən alovlar yüksəlir
Hindistandan Londona uçan “Air India” təyyarəsi Əhmədabad hava limanında havaya qalxarkən qəzaya uğrayıb
İngiltərəyə uçan “Air India” şirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsi Hindistanın Əhmədabad hava limanında havaya qalxarkən qəzaya uğrayıb. Hələlik itkilər barədə məlumat verilmir.
Təayyarə Londondakı Qatvik hava limanına uçurmuş.
Hindistan Mülki Aviasiya Baş Müdirliyi (DGCA) təyyarədə 230 sərnişin, 2 pilot və 10 kabin heyəti daxil olmaqla 242 nəfərin olduğunu bildirib.
Təyyarəni kapitan Sumit Sabharval və birinci zabit Klayv Kundarın idarə edirmiş.
Xilasetmə işləri üçün hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib.
Hindistanın Aviasiya naziri Kinjarapu Ram Mohan Naidu Əhmədabadda baş verən qəza xəbərindən “şok olduğunu” deyib.
“Biz ən yüksək hazırlıq vəziyyətindəyik. Mən şəxsən vəziyyəti izləyirəm və bütün aviasiya və fövqəladə hallara reaksiya agentliklərinə çevik və əlaqələndirilmiş tədbirlər görməyi tapşırmışam”, – Naidu deyib.
“Xilasetmə qrupları səfərbər edilib və hadisə yerinə tibbi və təcili yardım göstərmək üçün bütün səylər göstərilir. Düşüncələrim və dualarım təyyarədəki bütün sərnişinlər və onların ailələri ilədir”.
Uçuş izləmə saytları təyyarənin “Boeing 787-8 Dreamliner” olduğunu göstərir.
“Biz Əhmədabaddan Londona uçan “Air India” AI171 reysinin qəzaya uğraması ilə bağlı xəbərləri izləyirik. Biz təyyarədən son siqnalı UTC saat 08:08:51-də qalxdıqdan bir neçə saniyə sonra aldıq”, – “Flight Radar” “X” sosial platformasındakı səhifəsində yazıb.
Təyyarənin yerli vaxtla 18:25-də (CEST 19:25) enməsi planlaşdırılırdı.
Sosial mediada yayılan təsdiqlənməmiş videolarda qara tüstünün yüksəldiyini və təyyarənin yavaş-yavaş yaşayış sahəsinə endiyini göstərir.
Hələlik itkilərin rəsmi təsdiqi yoxdur.
Təyyarə hava limanı yaxınlığındakı Meqaninaqar bölgəsində qəzaya uğrayıb. Onun hansı tip təyyarə olduğu hələ məlum deyil”, - Əhmədabad polis komissarı Malik bildirib.