
Həftədə 48 saatlıq iş
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Qərb və yəhudi bankirlər, yoxsa ...
Ekspertlər siyasəti günahlandırır
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Özü dünya turuna çıxıb
2026-cı ildə kiçik elektrikli avtomobil seriyası bazara çıxacaq
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Evdə nə qədər nağd pul saxlamaq lazımdır?
Əhali baş ağrısı, ürəkbulanma, yorğunluq və stressdən şikayət edir
“2,5 milyon avro dəstək verilməsə, bağlana bilərik”
Avropa bazarında Çin avtomobillərinin satışı iki dəfədən çox artıb
PVV öndə, VVD geriləyir, DENK özünə gəlir
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Hollandiyada 2025-ci ilin ilk altı ayı ərzində avtomobil oğurluqları nəzərəçarpacaq dərəcədə artıb. Avtomobil Cinayətləri Sığorta Bürosu (VbV) tərəfindən açıqlanan yeni məlumatlara görə, cinayətkarlar getdikcə daha mürəkkəb üsullardan istifadə edirlər. Xüsusilə hibrid avtomobillər hədəf alınır və oğurlanan avtomobillərin çoxu Afrika ölkələrinə göndərilir.
Vaxt.az xəbər verir ki, bu ilin ilk altı ayı ərzində ümumilikdə 3,645 minik avtomobili oğurlanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizlik artım deməkdir. Ən çox oğurluq Eyndhovendə baş verib. Onu Amsterdam və Haaqa izləyir. Ən çox oğurlanan minik avtomobili modeli “Toyota RAV4” (232 hadisə) olub. “Kia Sportage” modelində isə diqqətçəkən bir artım müşahidə olunub; bu modeldə oğurluq sayı dörd dəfə artaraq 19-dan 82-yə yüksəlib.
***
VbV-nin açıqlamasına görə, oğrular fara (koplamp) bağlantısı vasitəsilə mühərriki işə sala bilən xüsusi cihazlardan istifadə edirlər. Bu üsul avtomobillərin asanlıqla oğurlanmasını təmin edir. Oğurlanan avtomobillərin əksəriyyəti konteynerlərə yerləşdirilərək, əsasən Qana olmaqla Afrika ölkələrinə göndərilir. Bu konteynerlərin adətən yoxlanılmadığı və Afrikada hibrid avtomobillərə olan yüksək tələbatın bu tendensiyanı gücləndirdiyi bildirilir.
Sığorta zərərləri artır
Bahalı avtomobillərə yönəlik oğurluq cəhdləri də artarkən, sığorta şirkətlərinin zərərləri böyüyür. Oğurlanmış avtomobil başına orta zərər 30 faiz artaraq 17,500 avroya çatıb. Ümumi sığorta zərəri isə 60 faiz artımla 64 milyon avroya yüksəlib.
VbV, avtomobil istehsalçıları ilə əməkdaşlıq edərək telematik sistemlərdən istifadə etməklə oğurlanmış avtomobillərin yerini müəyyənləşdirir. Bu yolla təxminən 200 avtomobilin hələ də Qanada aktiv şəkildə istifadə olunduğu aşkarlanıb. Lakin bu avtomobillərin geri qaytarılması olduqca çətin və bahalıdır. Bütün bu artımlara baxmayaraq, 2025-ci ilin ilk yarısında 7,000-dən çox oğurlanmış avtomobil tapılıb. Bu avtomobillərin əksəriyyəti Hollandiyada, bir qismi isə Almaniya, Belçika, Bolqarıstan və Polşa kimi ölkələrdə aşkar edilib. 2025-ci ildə ən çox minik avtomobili oğurluğunun baş verdiyi ilk 10 şəhər:
Eyndhoven – 519 avtomobil
Amsterdam – 243 avtomobil
Haaqa – 225 avtomobil
Rotterdam – 160 avtomobil
Utrext – 112 avtomobil
Almere – 70 avtomobil
Nijmegen – 63 avtomobil
Tilburq – 52 avtomobil
Heerlen – 51 avtomobil
Maastrixt – 50 avtomobil
2025-ci ildə ən çox ticari avtomobil oğurluğunun yaşandığı ilk 10 şəhər:Eyndhoven – 162 avtomobil
Rotterdam – 48 avtomobil
Haaqa – 39 avtomobil
Amsterdam – 37 avtomobil
Utrext – 30 avtomobil
Heerlen – 17 avtomobil
Dordrext – 11 avtomobil
Geldrop – 11 avtomobil
S-Hertoqenbos – 11 avtomobil
Reysveyk – 10 avtomobil