vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 15 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AVROPA  
Mülki sektor orduya inteqrasiya edilir 13:09 | 15 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 223 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mülki sektor orduya inteqrasiya edilir

Avropada potensial müharibəyə qarşı köhnə qatarları səhra hospitalına çevirir

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Hollandiya Müdafiə Nazirliyi dünyada mövcud olan təhdidlərə qarşı ordunun logistika sistemini yenidən qurur.

Nazirlik istismardan çıxarılan 24 ədəd NS (Hollandiya Dövlət Dəmir Yolları) qatar vaqonunu hərəkətdə olan səhra hospitallarına çevirməyi planlaşdırır. Müdafiə Nazirliyi ilə NS arasında bu məqsədlə danışıqlar davam edir. Bu təşəbbüs nazirliklə nəqliyyat sektoru arasında “Logistika Ekosistemi” adı altında aparılan genişmiqyaslı strategiyanın bir hissəsidir.

2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan layihəyə görə, həmin vaqonlar yaralı əsgərlərin daşınmasında mobil xəstəxana kimi fəaliyyət göstərəcək.

NS tərəfindən yayılan bəyanatda deyilir: “Müdafiə Nazirliyi bizimlə əlaqə saxladı. Yardımçı olmaq üçün bütün variantları qiymətləndiririk. Bu məsələdə hər zaman istəkliyik”. Adətən yeniləri ilə əvəz olunduqdan sonra xaricə satılan bu vaqonlar indi yeni rol alacaq.

***

Logistika sisteminin yenidən qurulmasına rəhbərlik edən general-mayor Heni Boumanın sözlərinə görə, bu addım ordunun genişmiqyaslı əməliyyat qabiliyyətini bərpa etmək üçün zəruri həllərdən biridir.

Keçən həftə Müdafiə Nazirliyi KLM (Royal Dutch Airlines – Hollandiya Hava Yolları) ilə əməkdaşlıq razılaşması da imzalayıb. Sazişə əsasən, aviaşirkət zərurət yarandıqda hərbi təyyarə idarə etmək üçün ehtiyat heyət təmin edəcək. Bütün bu tədbirlər mövcud təhdidlərə qarşı görülən önləyici addımlardandır.

Yeni strukturdan irəli gələn növbəti mərhələ Şərqi Avropaya tank, sursat və digər hərbi ləvazimatların daşınmasında iştirak edəcək onlarca logistika şirkəti ilə müqavilə imzalamaqdır. Beləliklə, sivil nəqliyyat sektoru faktiki olaraq Hollandiya ordusunun logistika sisteminə inteqrasiya olunacaq.

Müdafiə Nazirliyi ilə nəqliyyat sektoru arasında bu strateji əməkdaşlıq “Logistika Ekosistemi” adı altında həyata keçirilir və dünyada analoqu yoxdur. Ekosistem daşınma, saxlama, keçid və dəstək xidmətləri olmaqla dörd əsas sahəyə bölünür. Hər bir sahə üçün xarici mənbələrdən yerinə yetiriləcək 40-dan çox fəaliyyət müəyyən edilib. Nazirlik hər layihə üzrə ən azı iki özəl şirkətlə razılaşma bağlamağı hədəfləyir. Beləliklə, sistemə çoxsaylı şirkət cəlb ediləcək.