vaxtlı-vaxtında oxuyun! Cümə, 18 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Bu siçan, seri siçan ... 12:09 | 18 iyul 2025 | Cümə Məqaləyə 27 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu siçan, seri siçan ...

Amsterdam küçələrində gəmirici basqını

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Hollandiyanın paytaxtı Amsterdam siçan və zərərvericilərlə mübarizədə çətin günlər yaşayır. Şəhərin ən məşhur alış-veriş küçələrindən olan Kalverstraatda siçanlar gecə saatlarında meydan sulayır. Gündüzlər turistlərlə dolub-daşan küçə, gecələr ciddi gigiyena böhranı ilə üz-üzə qalır.


Tarixi küçədə gigiyena həyəcanı

 

Şəhər mərkəzinə yaxın Yonge Roelenstiq küçəsində kafe işlədən bir sahibkar vəziyyəti yerli AT5 televiziya kanalına bildirərək yardım çağırışı edib. Siçanların tarixi binaların divarlarındakı çatlaq və dəliklərdən rahatlıqla girib-çıxdığını bildirən sahibkar, “Bu artıq adi hal deyil. İnsanlar qorxur, heç kim bizim küçəyə gəlmək istəmir”, – deyib.

Zərərvericilərlə mübarizə üzrə mütəxəssislər də ərazidə oxşar hadisələrin artdığını təsdiqləyirlər. Hər gün zibil yığışılsa da, tullantı torbalarının bir müddət küçədə qalması və qida qalıqlarının nizamsız şəkildə atılması siçanları cəlb edir. Mütəxəssislərə görə problemin kökündə yemək qalıqları dayanır.

 

Ümumi mübarizə çağırışı

 

Qapalı zibil qutuları effektiv tədbir kimi qiymətləndirilsə də, yalnız bir neçə sahibkarın fərdi tədbirləri kifayət etmir. Mütəxəssislər bütün küçə boyunca birgə təmizlik və tullantıların idarə olunmasına ehtiyac olduğunu bildirirlər. Bu məqsədlə bəzi sahibkarlar ümumi zibil konteyneri icarəyə götürmək ideyasını gündəmə gətiriblər. Lakin bələdiyyənin daha fəal rol oynamalı olduğu bildirilir.

Bələdiyyə nümayəndələri isə zibilin idarə olunması məsələsində sahibkarların daha məsuliyyətli davranmalı olduğunu qeyd edirlər.

 

Şikayətlər ildən-ilə artır

 

Amsterdamda siçanlarla bağlı şikayətlər hər il 6 minin üzərində olur.

2022-ci ildə 6700, 2023-cü ildə 6100, , 2024-cü ildə isə təxminən 6 800 hadisə qeydə alınıb.

Mənzillərdəki siçan şikayətləri isə nisbətən azdır.

2022-ci ildə 2200, 2023-cü ildə 3000, 2024-cü ildə isə 3100 nəfər evində siçan problemi yaşadığını bildirib.