Ukrayna Rusiya limanını vurdu – VİDEO
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
11:59 | 18 iyul 2025 | Cümə
Məqaləyə 242 dəfə baxılıb
Şriftin ölçüsü
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Ukraynalı müdafiə texnologiyaları inkubatoru “Brave1”, müttəfiq ölkələrin təqdim etdiyi prototipləri döyüş şəraitində real vaxtda sınaqdan keçirəcək və təkmilləşdirmə üçün ətraflı hesabat təqdim edəcək “Ukraynada Sınaq” proqramını elan edib.
Yeni proqram cümə axşamı elan edilib. Bununla, xarici müdafiə sənayesi şirkətləri öz yeni silah sistemlərini Ukraynada sınaqdan keçirmək imkanı qazanırlar.
Ukrayna hökumətinin dəstəyi ilə fəaliyyət göstərən “Brave1” müdafiə texnologiyaları inkubatoru bildirib ki, müttəfiq ölkələrə məxsus şirkətlər döyüş şəraitində sınaqdan keçirilmək üçün pilotsuz uçuş aparatları, kamikadze pilotsuz uçuş aparatları (PUA), dəniz vasitələri, elektron müharibə sistemləri və süni intellekt əsaslı texnologiyaların prototiplərini təqdim edə bilərlər.
“Brave1” qarşılığında təqdim edilən silahın döyüşdə necə işlədiyinə dair detallı hesabat verəcək və real vaxtda hansı təkmilləşdirmələrin zəruri olduğunu bildirəcək.
Proqram iştirakçıları, eyni zamanda, eyni texnologiya sahəsində çalışan yerli ukraynalı istehsalçılarla “birgə istehsal və daha sürətli yayım” məqsədilə əlaqələndiriləcəklər.
Ukraynanın Rəqəmsal Transformasiya naziri Mixaylo Fyodorov, “Müttəfiq ölkələrdən olan şirkətlərin real döyüş şəraitində işlək texnologiyalar hazırlamalarına, onları sınaqdan keçirmələrinə və təkmilləşdirmələrinə kömək etməyə hazırıq”, – deyib.
Ukrayna, AB-nin yenidən silahlanma planlarına daxil olur
“Brave1”in bu təşəbbüsü, Ukrayna müdafiə texnologiyası startaplarının Avropa Birliyinin (AB) yenidən silahlanma səylərinə daxil edilməsi üçün bir sıra yeni təşəbbüslərin ardından gəlib.
Keçən həftə “Brave1”, Avropa Müdafiə Fondu (EDF) və AB Müdafiə İnnovasiya Proqramı (EUDIS) ilə birlikdə “BraveTechEU” adlı yeni tərəfdaşlıq elan edib. Bu proqram çərçivəsində müdafiə yönümlü hakatonlar, sərmayədarlarla əlaqələr və texnoloji tədqiqatlar üçün 100 milyon avroya qədər maliyyə ayrılacaq.
Avropa Birliyi, eyni zamanda dövlətlərin ortaq müdafiə layihələri üçün borc götürməsini mümkün edən 150 milyard avroluq SAFE adlı kredit alətini işə salıb. Bu proqram çərçivəsində silah komponentlərinin azı 65 faizi AB və ya Ukrayna mənşəli olmalıdır.
Ukraynanın “müdafiə texnologiyaları ekosisteminə” inteqrasiyası məqsədilə AB–Ukrayna Müdafiə Sənayesi üzrə Birgə Əməkdaşlıq Qrupu yaradılıb.
Bundan əlavə, Ukrayna Danimarka ilə 67 milyon avro dəyərində razılaşma imzalayıb. Bu saziş sayəsində ukraynalı müdafiə şirkətləri layihələrini Danimarka ərazisində işləyə biləcəklər. Bu, öz növündə ilk razılaşma hesab olunur.
Ukrayna Müdafiə Nazirliyinin iyun ayında yaydığı məlumata əsasən, SAAB (İsveç), “Kongsberg” (Norveç), KNDS (Fransa-Almaniya), “Rheinmetall” (Almaniya) və “Raytheon” (ABŞ) kimi aparıcı müdafiə sənayesi şirkətləri Ukraynada fəaliyyətlərini genişləndiriblər.
Bununla belə, mütəxəssislər bildiriblər ki, Ukraynanın AB ilə birgə planlaşdırmaya daxil edilməsi vacibdir, çünki Ukrayna ənənəvi silahların istifadəsi üzrə praktiki təcrübəsi ilə AB-nin strategiyasına mühüm töhfə verə bilər.