vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 2 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
Məşhur çipsilərdə xərçəng riski 18:47 | 31 may 2025 | Şənbə Məqaləyə 28 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məşhur çipsilərdə xərçəng riski

“Carrefour”un “Chips Sticks Paprika Flavored” məhsulu geri çağırıldı

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Belçikada “Carrefour”un çipsi məhsulu xərçəngə səbəb ola biləcək kimyəvi maddə olduğuna görə geri çağırılıb. Şirkət alıcılardan məhsulu geri qaytarmağa çağırıb.

Belçika Qida Təhlükəsizliyi Təşkilatı (FAVV) “Carrefour” bazarlarında satılan çipsi məhsulunun tərkibində yüksək miqdarda akrilamid olduğuna görə təcili olaraq geri çağırıldığını açıqlayıb. Səlahiyyətlilər alıcıları məhsulu istehlak etməkdən qətiyyən çəkinməyə və geri qaytarmağa çağırıb.

Geri çağırılma “Carrefour Sensation” brendinin “Chips Sticks Paprika Flavored” (150 qram) məhsulunu əhatə edir. Sözügedən məhsul 28 mart 2025-ci il tarixindən etibarən “Carrefour” mağazalarında satışa çıxarılıb.

“Bu məhsulda yüksək səviyyədə akrilamid olduğu üçün geri çağırılır”, – FAVV deyib. Akrilamid tərkibində nişasta olan qidaların yüksək temperaturda bişirilməsi zamanı əmələ gələn və sağlamlıq üçün təhlükə yaradan kimyəvi maddədir.

Belçika səhiyyə institutu “Sciensano” bildirdi ki, Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) akrilamidin xərçəng riskini artıra biləcəyini və bəzi tədqiqatlarda onun neyrotoksik təsirlərə malik və DNT-yə zərər verə bilən qlisidamid adlı metabolitinə çevrildiyini bildirdi.

Məhsul haqqında məlumat:

Çipsi Çubuqları Paprika Dadı

Çəkisi: 150 qram

Brend: “Carrefour Sensation”

EAN kodu: 5400101098541

Lot nömrəsi: 59B30603

İstifadə müddəti: 29/08/2025

Satışın başlanğıcı: 28/03/2025

İstehlakçılardan çipsiləri ən yaxın “Carrefour” mağazasına qaytarmaq və bu məhsulu alıblarsa pulunu geri almaq xahiş olunur. Mövcud ehtiyatların satışdan tamamilə çıxarılacağı da bildirilib.