Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
15:44 | 21 avqust 2025 | Cümə axşamı
Məqaləyə 483 dəfə baxılıb
Şriftin ölçüsü
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Almaniyanın məşhur “Oettinger” zavodunu bağlayır
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Səhər qəhvəsi əhvalımızı yaxşılaşdırır
108 yaşındakı qadın uzun ömrünü gündəlik içkisinə bağlayır
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Alkoqolsuz kimi satılan içkidə spirt tapıldığı üçün geri qaytarıldı
Almaniyanın Bavariya əyalətinin paytaxtı Münhendə maraqlı bir məhdudiyyət qüvvəyə minib. Şəhərin universitet bölgəsində (Univiertel) yerləşən köşklər axşam 20:00-dan sonra cips və duzlu qəlyanaltı, 22:00-dan sonra isə şüşə pivə sata bilməyəcək.
Şəhər rəhbərliyi qərarı bölgədən gələn səs-küy və tullantı şikayətlərinə, həmçinin “Bavariya mağazaların bağlanması haqqında” Qanuna əsaslandırır.
Qaydaya görə, bölgədə gecəyarısınadək açıq qalan beş köşk axşam 20:00-da cips rəflərini örtməli, iki saat sonra isə pivə satışını dayandırmalıdır. Satıcılar isə ən çox gəliri 22:00-dan sonra əldə etdiklərini bildirərək, yeni məhdudiyyətlərin qazanc itkisinə səbəb olacağından narahatdırlar.
Şəhər İdarə Dairəsinin (Kreisverwaltungsreferat) açıqlamasına görə, bu tamamilə yeni qayda deyil. “Bavariya mağazaların bağlanması haqqında” Qanuna əsasən, bütün mağazalar, o cümlədən köşklər 20:00-da bağlanmalıdır. Yalnız restoran lisenziyası olan obyektlərdə bu saatdan sonra şüşə pivə satışı mümkündür. Sadəcə indiyədək müəyyən yumşaqlıqlar tətbiq olunurdusa, indi daha ciddi nəzarət aparılır.
Bəzi sakinlər və tələbələr məhdudiyyətə etiraz edirlər. DPA agentliyinə danışan bir tələbə, “Bu tamamilə mənasızdır. Əgər universitet məhəlləsinin mühitini istəmirsənsə, bura köçməzsən”, – deyib.
Rəsmilər isə bildirirlər ki, yeni nəzarətlər nəticəsində səs-küy, zibil və narahatlıqlar azalıb. Bununla belə, hazırda Bavariyada tədris fasiləsi olduğunu da xatırladırlar.