vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
Avropada “Lay`s” qadağası 14:17 | 5 iyul 2025 | Şənbə Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada “Lay`s” qadağası

Məşhur çipsi markasında kanserogen maddə aşkar edildi

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada satılan “Lay’s” markalı çiplər, tərkibində Avropa Birliyində qadağan olunmuş kanserogen maddələrin olması səbəbilə geri çağırılır.

Fransanın ictimai məlumat platforması “Rappel Conso”, 3 iyul 2025-ci ildə Lay's markasına aid bəzi mini çip paketlərində kanserogen maddələrin aşkar edildiyini açıqladı.

Geri çağırma “Action” mağazasında 3016891 istinad nömrəsi ilə satılan məhsulları əhatə edir. Çiplərin istehsal tarixi 23 may – son istifadə müddəti isə 23 avqustdur.

Məhsullarda MOSH və MOAH adlı qeyri-ərzaq mineral yağlar aşkar edilib. Avropa Birliyi tərəfindən icazə verilməyən bu maddələrin uzunmüddətli xərçəng riski daşıdığı, genetik quruluşu zədələdiyi və hormonal sistemə mənfi təsir etdiyi bildirilir.

“Foodwatch” müstəqil audit təşkilatının məlumatına görə, bu maddələr sonsuzluğa və erkən cinsi yetkinliyə səbəb ola bilər, anadangəlmə qüsurları olanlarda metabolik xəstəliklərə (məsələn, şəkərli diabet) səbəb ola bilər. Bu yağların qaraciyər, dalaq kimi orqanlara yığılıb zərər verə biləcəyi də bildirilir.

***

“Rappel Conso” qeyd olunan məhsulların dərhal geri qaytarılmasını və istehlak edilməməsini tövsiyə edir. Məhsulları qaytaran müştərilərin pullarının geri qaytarılacağı da açıqlanıb. Bildirilib ki, geri çağırış prosesi 2025-ci il sentyabrın 2-dək davam edəcək.