57 milyard dollar
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
16:11 | 27 iyul 2025 | Bazar
Məqaləyə 1132 dəfə baxılıb
Şriftin ölçüsü
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Hollandiya hökuməti mümkün müharibə, fəlakət və hücum hallarına qarşı hazırlıq planı çərçivəsində supermarketlər, qida şirkətləri, daşımacılıq firmaları və təhlükəsizlik bölgələri ilə görüşlərə başlayıb. Böhran anlarında yaşana biləcək mənfi halların qarşısını almağı hədəfləyən planda, uzunmüddətli ərzaq böhranı kimi ssenarilər ətraflı şəkildə nəzərdən keçirilib.
Vaxt.az xəbər verir ki, “Algemeen Dagblad” (AD) qəzetinin iyun ayı sonunda keçirilmiş bir iclasın sənədlərinə əsaslanaraq verdiyi məlumata görə, uzunmüddətli elektrik kəsintiləri, soyuducu sistemlərin sıradan çıxması, ərzaq böhranı və talan kimi mümkün hadisələr müzakirə olunub.
Hazırlıqlar geniş iştirakla həyata keçirilir. Bu işlərdə yalnız mərkəzi hökumət deyil, təhlükəsizlik bölgələri (veiligheidsregio’s), supermarketlər, ərzaq sənayesi və logistika sektoru nümayəndələri də iştirak edir. Görüşlərdə hansı ssenarilərin nə qədər real olduğu da müzakirə olunub.
Xəbərə görə, xüsusilə heyvan yemi təchizatının pozulması halında ət, süd və digər heyvani məhsulların çatışmazlığı yarana bilər. Belə bir vəziyyətdə fermerlərin daha çox taxıl, paxlalı və bitki yağı istehsal etməyə məcbur qalacağı ehtimal olunur.
Planın məqsədi, qaz və elektrik kimi əsas ehtiyaclara dair mövcud milli fövqəladə vəziyyət planlarına bənzər şəkildə, ərzaq təhlükəsizliyi üçün də ayrıca bir fəaliyyət planı hazırlamaqdır. Hazırda yalnız ərzağı əhatə edən belə bir plan mövcud deyil.
Mütəxəssislərə görə, ölkədə kifayət qədər ərzaq mövcuddur; əsas risk isə paylama zəncirində yarana biləcək fasilələrdir. AD qəzetinə danışan professor Laurens Sloot xəbərdarlıq edib: “Bir liman blokadaya alınsa və ya böyük bir paylama mərkəzi sıradan çıxa bilsə, çox sürətli şəkildə problemlər yarana bilər”. Sloot-a görə, paylama zəncirləri olduqca səmərəlidir, lakin bu səmərəlilik eyni zamanda həssaslıq yaradır.
Eyni zamanda, insanların kartla ödəniş edə bilmədiyi və ya bəzi bölgələrin tamamilə ərzaqsız qaldığı ssenarilər də nəzərdən keçirilir. Belə vəziyyətlərdə, hökumətin müvəqqəti olaraq ərzaq paylamasına nəzarəti ələ alması nəzərdə tutulur.
Milli böhran planının konkret nəticələrinin ortaya çıxması vaxt alacaq kimi görünür. Görüşmələr yaxın aylarda da davam edəcək. Bu proses, hökumətin cəmiyyətin dözümlülüyünü artırmağa yönəlmiş daha genişmiqyaslı planlarının bir hissəsidir.
Bu təşəbbüsün arxasında isə dərin geosiyasi dəyişikliklər dayanır. Müvəqqəti Hollandiya hökuməti, qısa müddət əvvəl parlamentə təqdim etdiyi məktubda, ölkənin genişmiqyaslı silahlı qarşıdurmaya birbaşa cəlb olunma ehtimalının “real” olduğunu vurğulamışdı.
Bu kontekstdə vətəndaşların evlərində fövqəladə vəziyyət çantası saxlamağa təşviq olunacağı bir kampaniya üzərində iş aparılır. Habelə enerji, logistika, nəqliyyat, telekommunikasiya, içməli su, elm müəssisələri və səhiyyə xidmətləri kimi kritik infrastrukturun xarici təsirlərə qarşı daha dayanıqlı hala gətirilməsi üçün planlar hazırlanır.