ABŞ–Kuba gərginliyi artır
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
17:07 | 8 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 248 dəfə baxılıb
Şriftin ölçüsü
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Avropanın ən böyük limanı hərbi yük daşıyan gəmilər üçün yer ayıraraq və müharibə vəziyyətində yükün hara yönəldiləcəyini planlaşdırmaqla Rusiya ilə mümkün münaqişəyə hazırlaşır.
Hollandiyanın Rotterdam şəhərinin Liman İdarəsinin baş icraçı direktoru Baudeveyn Simons, Britaniya, ABŞ və Kanada gəmiləri və təchizatları gələrsə, qonşu Antverpen ilə necə hərəkət edəcəklərini koordinasiya etdiklərini deyib.
“Hər terminal hərbi yüklərin daşınması üçün uyğun deyil. Böyük həcmdə hərbi yüklərin daşınması lazım gələrsə, tutumun bir hissəsini qəbul etmək üçün Antverpen və ya digər limanlara müraciət edəcəyik. Biz bir-birimizi getdikcə daha az rəqib kimi görürük”, – Simons “Financial Times”a bildirib.
Rotterdamın tədbirləri bütün qitədə müharibə hazırlıqları dalğasının bir hissəsidir. Avropa Birliyi (AB) ABŞ prezidenti Donald Trampın tələblərinə cavab olaraq, Ukrayna müharibəsinin dördüncü ilinə qədəm qoyduğu bir vaxtda müdafiədə daha özünü təmin etməyə və “Rusiya təcavüzünün qarşısını almağa” çalışır. AB 800 milyard avro dəyərində yenidən silahlanma planı hazırlayır.
Hollandiya NATO müttəfiqləri ilə birlikdə müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmağı öhdəsinə götürüb. May ayında Hollandiya Müdafiə Nazirliyi Rotterdamın NATO-nun tələbi ilə hərbi yük daşıyan çoxlu gəmilər üçün yer ayırmalı olduğunu açıqlamışdı.
Simons, bir və ya bir neçə gəminin ildə dörd və ya beş dəfə dokda dayanacağını söyləyib, lakin onların yeri dəyişə bilər. Rotterdamın konteyner terminalı sursatın bir gəmidən digərinə təhlükəsiz şəkildə ötürülə biləcəyi limanda yeganə yerdir. Amfibiya hərbi təlimləri də ildə bir neçə dəfə keçirilir.
Limana əvvəllər də silah göndərilib. Bu daşımalar 2003-cü ildə Körfəz Müharibəsi zamanı artıb, lakin hətta Soyuq Müharibənin qızğın çağında da limanın xüsusi dokları yox idi. Antverpen mütəmadi olaraq Avropada yerləşən ABŞ qoşunları üçün təchizat alır.
NATO-nun baş katibi Mark Rutte iyun ayında alyans üzvlərinə xəbərdarlıq etmişdi ki, Rusiya 2030-cu ilə qədər ölkələrdən birinə hücum edə bilər.
Rotterdam Hollandiyada Meuze çayı boyunca 42 km uzanır. Hər il təxminən 436 milyon ton yük Almaniyadan və Avropanın hinterlandından dəniz yolu ilə 28 000 gəmi, çayla isə 91 000 gəmi tərəfindən daşınır.
AB-nin Rusiyaya qarşı sanksiyalarından sonra liman ticarətinin təxminən 8 faizini, ilk növbədə nefti itirib.
İldə 240 milyon ton yük daşıyan Antverpen AB-nin ikinci ən böyük limanıdır.