
“Fitch” və “S&P”dən bədbin proqnoz
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Bu sabiq prezidentinin eyni nominasiyadan üçüncü mükafatı oldu
“Deportasiya qoxusunu sevirəm”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
Barak Obama sülh üçün nə etmişdi ki?
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Keçmiş birinci xanım Mişel Obama həyatının növbəti mərhələsindəki çətinlikləri aşmaq üçün müalicə kursu keçdiyini açıqlayıb. 1992-ci ildən ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə evli olan 60 yaşlı Mişel Obamanın 26 yaşlı Maliya və 23 yaşlı Saşa adlı iki qızı var.
Keçən ay Cimmi Karterin dəfn mərasimində və Donald Trampın ikinci inauqurasiya mərasimində tək əri (əri Barak Obamasız) iştirak etdikdən sonra boşanma şayiələrinə cavab vermək məcburiyyətində qalıb.
“The Jay Shetty Podcast” verilişində danışan keçmiş birinci xanım hazırkı psixi vəziyyəti haqqında “bilirsinizmi, həyatımın bu mərhələsində keçid dövrünü yaşadığım üçün hazırda terapiyadayam?”, – deyib.
“Mənim 60 yaşım var, ailəmi qoruyaraq həyatımda həqiqətən çətin bir dövr keçirdim. Yuvam boşdur, bilirsiniz, qızlarım ayrı yaşayır”, – Obama deyib.
Valideynlərin övladları yetkinlik yaşına çatdıqda və ilk dəfə evdən ayrıldıqda keçirdikləri itki hissləri “boş yuva” sindromu adlanır.
2021-ci ildə Harvard universiteti bitirən Malia Obama televiziya ssenaristi kimi çalışır. Saşa 2023-cü ildə Cənubi Kaliforniya Universitetini bitirib və ali təhsilini davam etdirir.
Obama deyib ki, dövlət vəzifəsindən getməsi və uşaqlarının tam yetkin olması onu elə bir vəziyyətdə qoyur ki, onun etdiyi hər seçim tamamilə onundur.
“Mənim artıq “Uşaqlarıma buna ehtiyac var”, “Ərimin buna ehtiyacı var” və ya “Ölkənin buna ehtiyacı var” bəhanəm yoxdur”, – deyib.
“Ona görə də növbəti mərhələyə hazırlaşmaq üçün bu düzəliş edirəm, çünki inanıram ki, bu mənim üçün həyatda tamamilə fərqli bir mərhələdir. İndi məndə bunu bilmək müdrikliyi lazımdır. Bunun üçün, psixoloq məsləhət almağı düşünürəm”.
Başqalarını terapiya sınamağa təşviq edən Obama əlavə etdi: “Mən terapiyanın tərəfdarıyam. Hər kəs bacardığı qədər öz yolunu tapmalıdır”.
Onun şərhləri Obamanın keçən ay Sofiya Buşun “İrəliləyişdə” podkastında onun evliliyi ilə bağlı şayiələri müzakirə etmək üçün çıxışından sonra gəldi. “Düşünürəm ki, biz qadınlar olaraq insanları məyus etməməyə çalışırıq”, – keçmiş birinci xanım deyib.
“O qədər ki, insanlar seçim etdiyimi başa düşə bilmədilər və nəticədə həyat yoldaşımla boşandığımızı güman etdilər”.
“Yetkin bir qadın tək başına bir çox qərar verə bilməz, elə deyilmi?”.
“Ancaq cəmiyyətin bizə etdiyi budur. Əslində, axırda dedim ki, “mən nə edirəm? Mən bunu kimin üçün edirəm?” biz deyirik və əgər bu, başqalarının nə etməli olduğumuza dair bir növ stereotipə uyğun gəlmirsə, o zaman mənfi və dəhşətli bir şey kimi damğalanır”.