vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 1 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
SƏNAYE, AQRAR  
Avropada heyvan skandalı 10:57 | 1 sentyabr 2025 | Bazar ertəsi Məqaləyə 103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada heyvan skandalı

Fermerlərə mal-qara yasağı qoyuldu

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Allqoy bölgəsindəki bir süd fermasında ortaya çıxan heyvan istismarına dair görüntülər, fermada idarəçi olan şəxsin heyvan sahibi olmasına qadağa qoyulmasına səbəb oldu.

Allqoy bölgəsindəki bir süd fermasından gələn görüntülər və videolar, heyvanlara qarşı zorakılığın səviyyəsini bir daha göstərdi. İnəklərin döyüldüyü, narkozsuz əməliyyat edildiyi və qaydaya uyğun olmayan şəkildə daşındığı anlar qeyd olunub. 2019-cu ildə “SOKO Tierschutz” adlı heyvan hüquqları təşkilatı tərəfindən ortaya çıxarılan bu pozuntular, 2024-cü ildə yenidən baş verdi.

Durumun ciddiliyi qarşısında hərəkətə keçən Bavyera Qida Təhlükəsizliyi və Baytarlıq Nəzarət Qurumu (“KBLV”), nəticədə qərar verdi. Bad Grönebax qəsəbəsindəki fermanın idarəçisinə uzun müddət davam edən heyvan istismarı səbəbindən geniş heyvan sahibi olma qadağası qoyuldu.

KBLV tərəfindən 22 avqust 2025-ci il tarixində alınan qərara görə, ferma sahibi artıq heç bir şəkildə heyvana sahib ola bilməyəcək, onlara baxa bilməyəcək və hətta dolayı yolla da fermadakı mal-qarayla təmas qura bilməyəcək. Heyvan hüquqları müdafiəçiləri qərarın gec alındığını bildirirlər. “SOKO Tierschutz” sözçüsü Fridrix Müln, “Heyvanları artıq saxlaya bilməyəcək olması sevindirici, amma bu qərar çox gec alındı,” deyərək, rəsmilərin yavaş hərəkət etməsini tənqid edib. Mülnə görə, alınan qadağa qərarı yalnız aşağı səviyyəli işçilərin deyil, işin başındakı güclü şəxslərin də məsuliyyət daşıya biləcəyini göstərir. Lakin bu ədalətin gec gəldiyini və ötən il qeyd olunan dəhşətli görüntülərin, məhkəmə daha sürətli hərəkət etsəydi, qarşısının alınabileceyini vurğulayıb.

KBLV-nin tespitlərinə görə, ferma sahibi illər boyunca heyvanlara narkozsuz tibbi müdaxilələr edib, qadağan edilmiş elektroşok cihazları istifadə edib və daşınma qaydalarına zidd heyvan daşımaları həyata keçirib. Bütün bu pozuntular, “SOKO Tierschutz” tərəfindən mart 2025-ci ildə rəsmilərə təqdim olunan video qeydiyyatlarla sənədləşdirilib.

Bu qadağa, KBLV-nin son illərdə Unterallgäu bölgəsindəki fermalara qoyduğu ikinci heyvan sahibi olma qadağasıdır. Eyni zamanda, dörd digər ferma sahibi haqqında da oxşar qadağa qərarları üçün proseslər davam edir. Bunlardan biri, adı çəkilən fermanın sahibi ilə birbaşa əlaqəlidir.

Süd ferması ilk dəfə 2019-cu ildə “Allqoy heyvan hüquqları skandalı” olaraq bilinən hadisə ilə gündəmə gəlmişdi. O dövrdə də “SOKO Tierschutz”-un gizli çəkilişləri, fermada yaşanan zorakılığı ortaya çıxarmışdı. İllər keçməsinə baxmayaraq, eyni müəssisədə oxşar pozuntuların davam etməsi, nəzarətlərin yetərsizliyinə dair suallar yaradıb. Heyvan hüquqları müdafiəçiləri, əsas məsul şəxslərin hələ də məhkəmə qarşısına çıxarılmamasını da tənqid edirlər.

Ədalət sisteminin yavaş işləməsi tənqid olunarkən, bir tərəfdən də diqqətçəkən bir hadisə baş verib. Skandalları ortaya çıxaran “SOKO Tierschutz”-un gizli tədqiqatçısı haqqında Memmingen Prokurorluğu tərəfindən soruşturma başlanıb. Heyvan hüquqları müdafiəçiləri bu qərarı “mənasız və qorxutma cəhdi” olaraq qiymətləndirib. Fridrix Müln bildirib: “Heyvanlara zülm edənləri ifşa edən şəxsləri susdurmağa çalışırlar,” deyə reaksiyasını ifadə edib.